Accessibility links

Azərbaycan, Türkiyə, Gürcüstan strateji boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komanda qərargah təlimi keçirib


Azərbaycan, Türkiyə, Gürcütsan strateji boru kərələrinin təhlükəsizliyi ilə bağlı təlim keçirib (Foto Türkiyə Milli Müdafiə Nazirliyinindir)
Azərbaycan, Türkiyə, Gürcütsan strateji boru kərələrinin təhlükəsizliyi ilə bağlı təlim keçirib (Foto Türkiyə Milli Müdafiə Nazirliyinindir)

Türkiyədə strateji boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komanda-qərargah təlimləri keçirilib.

Türkiyə Milli Müdfiə Nazirliyinin məlumatına görə, "ETERNITY 2022" komanda-qərargah təlimlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri iştirak edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq olub.

Azərbaycan, Türkiyə, Gürcütsan strateji boru kərələrinin təhlükəsizliyi ilə bağlı təlim keçirib (Foto Türkiyə Milli Müdafiə Nazirliyinindir)
Azərbaycan, Türkiyə, Gürcütsan strateji boru kərələrinin təhlükəsizliyi ilə bağlı təlim keçirib (Foto Türkiyə Milli Müdafiə Nazirliyinindir)

Nazirlik bildirir ki, Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin əməkdaşları kursun həm kompüter, həm də sahə komponentlərində iştirak edib, təlimə həmin idarələrin Çevik Hücum bölməsinin əməkdaşları da cəlb edilib.

Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli təlimləri hər üç ölkədə növbə ilə, rotasiya prinsipi əsasında hər il keçirilir.

Azərbaycanın üç əsas ixrac neft boru kəməri var: Bakı-Tbilisi-Ceyhan (Azərbaycan-Gürcüstan-Türkiyə) neft boru kəməri, Bakı-Novorossiysk (Azərbaycan-Rusiya) neft boru kəməri və Bakı-Supsa (Azərbaycan-Gürcüstan) neft boru kəməri.

Azərbaycanın, həmçinin Mozdok-Qazıməməd (Rusiya-Azərbaycan) qaz boru kəməri, Bakı-Astara (İran sərhədi) qaz kəməri var. Bununla yanaşı üç ölkəni Cənub Qaz Dəhlizi (SGC) -Xəzər-Azərbaycan-Gürcüstan qaz kəməri, Trans Anadolu Qaz Boru Kəməri - TANAP (Türkiyə) və Trans Adriatik Boru Kəməri - TAP (Yunanıstan - Albaniya - İtaliya) birləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG