Accessibility links

Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Xəzərdə hərbi təlimi izləyib


Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov (Mənbə: Müdadfiə Nazirliyi)
Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov (Mənbə: Müdadfiə Nazirliyi)

Oktyabrın 7-də Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, iki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra edib.

Azərbaycan-Qazaxıstan birgə təlimi (Mənbə: Müdadfiə Nazirliyi)
Azərbaycan-Qazaxıstan birgə təlimi (Mənbə: Müdadfiə Nazirliyi)

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Hərbi təlimlər oktyabrın 4-də başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatlına görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə gələcəkdə Xəzərdə Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb və bununla bağlı ilkin razılıq əldə edilib.

Forum

XS
SM
MD
LG