Accessibility links

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının təlimi keçirilir


Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının təlimi keçirilir (foto: AMN)
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının təlimi keçirilir (foto: AMN)

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Atlas Araşdırmalar Mərkəzinin təhlilçisi Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Gürcüstan və Türkiyə ilə birgə təlim keçirilməsi hər üç ölkə üçün faydalıdır və bölgənin maraqlarına cavab verir.

“Bölgədə üçlü bir ittifaq formalaşıb. Əslində Ermənistan Azərbaycanla sülh sazişini imzalayarsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Ermənistanın da bu tərkibə qoşulması mümkündür. Amma bir şərtlə ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Bu halda Ermənistan da Gürcüstan və Azərbaycan ilə koordinasiyalı fəaliyyət göstərə bilər,” o bildirib.

Elxan Şahinoğlu:Azərbaycan, Türkiyə və Gürcüstan arasında təlimlər dünyaya bir mesajdır
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Təhlilçi hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təlimlər beynəlxalq ictimaiyyətə mesaj xarakteri daşıyır.

“Dünyaya o mesajdır ki, Azərbaycan və Türkiyə bölgədə sülh istəyir. Əməkdaşlıq istəyir. Regional layihələr işə düşməlidir. Çünki bu təlimlərin bir məqsədi də Gürcüstandan keçən regional layihələrin, boru xəttlərinin təhlükəsizliyi ilə bağlıdır ki, bu, Amerika və Avropanın maraqlarına cavab verir ki, Azərbaycanın enerji resursları təhlükəsizlik şəraitində Gürcüstan, Türkiyədən keçərək Avropa bazarlarına çatdırılır,” Şahinoğlu deyib.

Ötən ilin noyabrın əvvəlində Azərbaycan, Türkiyə, Gürcüstan hərbçilərinin iştirakı ilə strateji boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komanda qərargah təlimi keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli təlimləri hər üç ölkədə növbə ilə, rotasiya prinsipi əsasında hər il keçirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG