Accessibility links

Ədliyyə Nazirliyi daha 2 siyasi partiyanı dövlət qeydiyyatına alıb


Ədliyyə Nazirliyi (official photo)
Ədliyyə Nazirliyi (official photo)

Sentyabrın 8-də Azərbaycan Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı - Vəhdət Partiyasını (sədri, Milli Məclisin deputatı Tahir Kərimli), Azad Vətən Partiyasını (sədri Akif Nağı, Qarabağ Azadlıq Hərəkatının bazasında yaradılıb) yenidən dövlət qeydiyyatına alıb.

Bundan öncə iqtidarda olan Yeni Azərbaycan Partiyası (sədri, Prezident İlham Əliyev), Ağ Partiya (sədri Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Patiyası (sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədri Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədri, Milli Məclisin deputatı Razi Nurullyaev), Ana Vətən Partiyası (sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədri, keçmiş səhiyyə naziri Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədri Arzuxan Əlizadə), Ümid Partiyası (sədri, keçmiş deputat İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədri Elşad Musayev), Xalq Partyiyası (sədri, keçmiş baş nazir Pənah Hüseyn), Demokrat Partiyası (sədri Sərdar Cəlaloğlu) yenidən dövlət qeydiyyatına alınıb.

Beləliklə Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 14-ü dövlət qeydiyyatına alınıb.

Bununla yanaşı, ölkənin aparıcı müxalifət partiyaları hesab edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası hələ qeydiyyata alınmayıb.

REAL Partiyasının sədri İlqar Məmmədov bildirib ki, REAL Partiyası hələ 16 avqustda öz reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

“Amma bizdən sonra müraciət edənlər artıq təkrar qeydiyyatdan keçib, biz isə yox. YAP hökuməti REAL ilə öz arasında statistik məsafəni qalın xətlə işarələyir”, partiya sədri narazılığını belə ifadə edib.

Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 14 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.

Forum

XS
SM
MD
LG