Accessibility links

Bəşir Süleymanlı: Siyasi hakimiyyət alternativ fikirlərə dözümlü yanaşa bilmir


Bəşir Süleymanlı: Siyasi hakimiyyət alternativ fikirlərə dözümlü yanaşa bilmir
please wait

No media source currently available

0:00 0:09:01 0:00

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda plüralistik demokratiya üçün siyasi və hüquqi mühitdən, o cümlədən siyasi hüquq və azadlıqlar sahəsində atılmalı olan addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda yeni qanunvericiliyə görə, siyasi partiyalar yenidən qeydiyyatdan keçməlidir. Amma bir sira partiyalar bu prosesdə çətinliklərlə üzləşib. Belə ki, Ədliyyə Nazirliyi onların reyestr sənədlərində çatışmazlıqlar aşkar edib. Ədliyyə Nazirliyinin iradları nə dərəcədə əsaslıdır?

Bəşir Süleymanlı: Ümumiyyətlə bu problem qanun qəbul olunarkən var idi. Biz bunu dəfələrlə qaldırdıq. Hətta ötən il qanun parlamentə göndərilərkən məsələ ilə bağlı bir neçə dəfə müzakirələrdə iştirak etdik. İctimai vəkillik kampaniyası apardıq. Hökümətə media vasitəsilə bildirdik ki, bu qanunvericilik ümumiyyətlə siyasi plülarizmin daralmasına və siyasi partiyaların getdikcə sıradan çıxarılmasına gətirib çıxaracaq. Təbii ki, gözlənilən bu idi ki, hakimiyyət bunu istəyirdi. Qanun yerli təpkilərə baxmayaraq, qəbul olundu. Hətta Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verdi. Ona görə də biz hesab edirdik ki, qanunun tətbiqi zamanı problemlər yaranacaq. Bu gün də biz bunun nəticəsini görürük, qeydiyyata alınmış siyasi partiyalarla bağlı hansı ki, onların ən azı 5 min üzvlərinin siyahısını reyestrə təqdim etməlidirlər. Bu zaman ciddi problemlər ortaya çıxır. Bu problemlər texniki olsa da, qanunun tətbiqində üzə çıxaran problemlərdir. Təbii ki, hökümət bunları hesablamamışdır. Yalnız onu məqsəd qoyub ki, bu qanun vasitəsilə partiyaların sayını azaldacaqlar. Bildiyiniz kimi bir neçə partiyanı təbii ki, hansısa vasitələrdən istifadə edərək, onların buraxılmasına və ya birləşməsinə nail oldular. Yerdə qalanları da reyestrdən keçirməməklə süni şəkildə partiyaların sayını azaltmağa çalışırlar. Ona görə də belə problemlər üzə çıxır. Bu problemlər təbii ki, hələ davam edəcək. Xeyli partiyanın qeydiyyatdan keçməməsi ilə nəticələnəcək.

Amerikanın Səsi: Ümumiyyətlə ölkədə plüralistik demokratiya üçün siyasi və hüquqi mühiti necə dəyərləndirərdiniz?

Bəşir Süleymanlı: Demokratiyanın göstəriciləri var. Bu sadəcə olaraq bizim şərhimiz deyil. Bu göstəricilər nədir? Müstəqil məhkəmə sistemi, müstəqil media, vətəndaş cəmiyyəti, siyasi partiyalar, təmsilçi parlament və s. Bütün bunlar demokratiyanın, siyasi plüralizmin göstəriciləridir. Bu gün Azərbaycanda bunlardan hansı qaydalara cavab verir? Vətəndaş cəmiyyəti 2014-cü ildən dağıdılıb. Hələ də “ayağa qalxa”bilmir. Qanunvericiliklə fəaliyyəti məhdudlaşdırılıb. Media ilə bağlı qanun qəbul etdilər və reyestri gətirdilər. Bu da fəaliyyəti məhdudlaşdırmağa yönəlib. Ümumilikdə biz mühiti dəyərləndirərkən ölkədə demokratiyanın göstəricisinin heç biri işləmir.

Amerikanın Səsi: Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq bu yaxınlarda ölkədə 204 şəxsin siyası motivlə təqib olunduğunu bəyan edib. Sizcə bu iddia reallığı əks etdirirmi?

Bəşir Süleymanlı: Azərbaycanda siyasi məhbus probleminin qalması ciddi problemdir. Çünki siyasi hakimiyyət alternativ fikirlərə, hakimiyyətə yönəlik tənqidlərə dözümlü yanaşa bilmir. Ona görə də hakimiyyətə yönələn hər hansı bir tənqid olduqda onu təhdid kimi görür, hakimiyyətin devrilməsi kimi görür. Təhdid kimi gördüyünə görə həmin şəxslərə qarşı cinayət təqibi başlanır. Bu da təbii ki, siyasi xarakterli olur. Aparılan təqiblər siyasi xarakterli olur. Bu da zaman-zaman məsələn, əfv vasitəsilə azalsa da, müəyyən zamanlarda sayı artır. Siz qeyd elədiniz, siaysi məhbusların sayı 200-dən artıqdır. Hətta mən deyərdim ki, bundan daha çoxdur. Biz bunların əksəriyyətini fiksasiya edə bilmirik. Tutaq ki, bölgələrdə, digər yerlərdə təqibə məruz qalanlarla bağlı məlumat əldə etmək olmur. Bu da təbii ki, demokratiyanın olmaması və siyasi baxışlarına görə insanların təqib olunmasına görədir.

Amerikanın Səsi: Azərbaycanda siyası motivli təqiblər praktikasının aradan qaldırılması üçün nələr edilməlidir? Beynəlxalq birlik vəziyyətə necə təsir edə bilər?

Bəşir Süleymanlı: Bu prioritetlər təəssüflər olsun ki, geosiyasi problemlərə görə dəyişir. Azərbaycanın yerləşdiyi coğrafi mühit elədir ki, buradakı siyasi maraqların toqquşması, insan haqları ilə bağlı problemləri müəyyən zaman kəsiyində arxa plana keçirməyə məcbur edir. Buna görə də biz bunun əziyyətini çəkirik. Torpaqların azad edilməsindən sonra güclənmiş hakimiyyət yenidən daha güclənmiş şəkildə alternativ fikirli şəxslərin üzərinə gəldi. Demokratiyanı boğmağa, qanunvericiliyi sərtləşdirməyə çalışdı. Düşünürəm ki, bu, geosiyasi vəziyyətlə bağlıdır. Hakimiyyət fikirləşir ki, indiki dövrdə fürsətdən istifadə edib bunu etmək lazımdır. Təbii ki, bu, kiçik bir zamana bağlı olan məsələdir. Mən hesab eləmirəm ki, insan haqları ilə bağlı vəziyyət beynəlxalq ictimaiyyətin gündəliyindən çıxıb. Sadəcə olaraq Rusiya və Ukrayna müharibəsindən sonra vəziyyət dəyişib. Ona görə də müəyyən zaman kəsiyində bu problemlər aradan qalxandan sonra Azərbaycanla bağlı problemlər də həmin gündəliyin ön sıralarına çıxacaq.

Qeyd: Bunlar Bəşir Süleymanlının fikirləridir. Rəsmi Bakı ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG