Accessibility links

Xalid Ağaliyev: Məhkəmə qərarlarında Avropa Məhkəməsinin presedent hüququnu görə bilmirik


Xalid Ağaliyev-hüquqşünas
Xalid Ağaliyev-hüquqşünas

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda AİHM qərarlarının icrasının hazırkı vəziyyətindən, qərarların icra olunmamsı səbəblərindən danışıb.

Xalid Ağaliyev: Məhkəmə qərarlarında Avropa Məhkəməsinin presedent hüququnu görə bilmirik
please wait

No media source currently available

0:00 0:05:34 0:00

Amerikanın Səsi: Azərbaycanda AİHM qərarlarının icrasının vəziyyətini necə qiymətləndirərdiniz? Yerli medianın məlumatlarına görə, bəzi fəallar Avropa İnsan Hüquqları məhkəməsinin qərarları ilə onlar üçün müəyyən olunmuş kompensasiyaları vaxtında ala bilmirlər? Bunun səbəbi nədir? Yubatmalar hökümət üçün hansısa məsuliyyət yaradırmı?

Xalid Ağaliyev: Bu sual ilə bağlı ümumi ümumiləşdirilmiş cavab bundan ibarətdir ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarını ən pis icra edən Avropa Şurasına üzv olan ölkədir. Yaxın vaxtlarda Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı hesabat açıqlamışdı. Həmin hesabata görə, Azərbaycan indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların cəmi 24 faizini icra edib. Yerdə qalan qərarlar, yəni 75 faizdən çox qərarların icrası hələ də problemlidir. Məsələn, Rusiya Avropa Məhkəməsinin qərarlarının təxminən 38 faizini icra edib. Yəni bu kateqoriya üzrə ümumi statistik bilgilərə görə, Azərbaycanın durumu təəssüflər olsun ki, çox pisdir. Amma bir neçə il bundan əvvəl təzminatların ödənilməsində çox ciddi problemlər var idi. Hökümət Avropa Məhkəməsinin müəyyən etdiyi təzminatları ödəmirdi. Amma bu problemləri Azərbaycan artıq aşıb. Çünki bu sahədə çox da ciddi problemlər qalmayıb.

Amerikanın Səsi: Bəs bu yubatmalar hökümət üçün hansısa məsuliyyət yaradırmı?

Xalid Ağaliyev: Ümumiyyətlə Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra etmək Avropa Şurasına üzv olan bütün dövlətlərin öhdəliyidir. Azərbaycan da Avropa Şurasının üzvüdür. Bir üzv olan ölkə kimi Avropa Məhkəməsinin qərarlarını tam olaraq icra etmək öhdəliyi götürüb. Bu öhdəlik tələb edir ki, hər bir ölkə qərarları tam icra etsin. Əgər qərarları icra etmirsə, Azərbaycan, eləcə də qərarları tam icra etməyən digər ölkələrlə Avropa Şurası arasında üzvlüklə bağlı öhdəliklərin icra olumaması ilə bağlı problemlər yarana bilər. Avropa Konvensiyasının 46-cı maddəsinin işə düşməsinə gətirib çıxarda bilər. Bu da üzv dövlətlərin Şura qarşısında öhdəlikləri icra etməməsi səbəbindən məhdidiyyətlərin, sanksiyaların tətbiq edilməsi deməkdir.

Amerikanın Səsi: AİHM presedent qərarlarının Azərbaycanda tətbiqi istiqamətində ümumiləşdirilmiş iş aparılırmı? Azərbaycan hakimləri bu barədə metodiki təlimatlar alırmı?

Xalid Ağaliyev: Bu sahədə Azərbaycanda işlərin görüldüyünü biz vaxtaşırı hökümətin məlumatlarından, hüquq mühafizə qurumlarının, ümumiyyətlə əlaqəli qurumların məluamtlarından oxuya bilirik. Bu məlumatlar da ondan ibarətdir ki, hakimlər üçün Avropa məhkəməsinin presedent hüququ ilə bağlı təlimlər keçirilib. Onların Avropa Məhkəməsinə səfərləri baş verir. Ümumilikdə işlərin görüldüyünü qeyd edə bilərik. Amma vəkillər üçün də müxtəlif təlimlər keçirilir. AŞPA-nın, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin təşkilatçılığı ilə vəkillər də bu sahədə məlumatlandırılır. Bununla yanaşı, Avropa Məhkəməsinə şikayət edən vəkillərin sayı olduqca azdır. Hakimlərlə bağlı da o baxımdan söyləmək olar ki, biz Azərbaycan məhkəmələrinin çıxardığı qərarlarda Avropa Məhkəməsinin presedent hüququnu təəssüflər olsun ki, görə bilmirik. Bəzi hallarda bu presedentlərə istinadlar qarşımıza çıxır. Bu da daha çox məsələnin ifadə azadlığına məhdudiyyət tətbiq etmək üçün Avropa Məhkəməsinin presedent hüququna istinad olunur. Ümumi mənzərə bundan ibarətdir. Bu təcrübənin Azərbaycanda oturuşduğunu və geniş təşviq olunduğunu deməyə təəssüf ki, əsasımız yoxdur.

Amerikanın Səsi: Sizcə Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etməməsinin səbəbləri nədir?

Xalid Ağaliyev: Avropa Məhkəməsinin qərarları Azərbaycanın Sovet İttifaqından çıxdığı dövrdən bu yana ortada qalan, oturuşan sistemli problemləri üzə çıxardır. Biz Avropa Məhkəməsinin qərarlarına baxdıqda Azərbaycanda ən çox pozulan hüquqları sıralasaq, məsələn ədalətli məhkəmə araşdırılması hüququ gəlir. Azadlıq və toxunulmazlıq hüququnun pozuntuları gəlir. Daha sonra seçki hüququnun pozuntuları gəlir. Bunlar elə pozuntlardır ki, bunu ortadan qaldırmaq üçün mütləq siyasi iradə lazımdır. Bu olmadıqca biz Avropa Məhkəməsinin qərarlarının icrasında ciddi tərəqqi əldə olunacağını görməyəcəyik.

Forum

XS
SM
MD
LG