Accessibility links

Azərbaycan-Ermənistan sərhədində və Qarabağda gərginlik davam edir, ölən və yaralanan var


Son günlər Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində və Qarabağda atışmalar davam edir. Azərbaycan tərəfi bir hərbçisinin yaralandığını, Ermənistan isə bir hərbçisinin öldüyünü bildirir. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 22-də yaydığı məlumata görə, Ermənistan ərazisindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Nəzərov yaralanıb.

Ermənistan Müdafiə Nazirliynin məlumatına görə, Ermənistan hərbçisi Vanik Qazaryan həlak olub. Nazirlik hadisənin Azərbaycan ordusunun Axpradzor məntəqəsi yaxınlığındakı Ermənistan hərbi mövqelərini atəşə tutması nəticəsində baş verdiyini bildirib.

Rəsmi Yerevan Azərbaycan Müdafiə Nazirliyinin sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı yaydığı xəbərləri təkzib edib.

Azərbaycan Müdafiə Nazirliyi həmçinin tədarük marşrutlarında və Azərbaycan Ordusunun Qarabağdakı döyüş mövqelərinə yaxın ərazilərdə texniki müşahidə və dinləmə cihazlarının zərərsizləşdirilməsi barədə məlumat yayıb.

“Avqustun 21-də Azərbaycan hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Ermənistan silahlı birləşmələrinə məxsus 30-a qədər texniki müşahidə və dinləmə avadanlığı sıradan çıxarılıb,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Özünü “Artsax Respublikasının Müdafiə Nazirliyi” kimi təqdim edən qurum bildirib ki, avqustun 22-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri odlu silahlardan istifadə etməklə atəşkəs rejimini pozub, itki yoxdur.

Avqustun 21-d ə və 22-də Laçın sərhəd-buraxılış məntəqəsindən erməni əsilli mülki insanların keçidi həyata keçirilib. Azərbaycan rəsmi mənbələrinin məlumatına görə, avqustun 21-də Xankəndindən 41 nəfər, avqustun 22-də isə 61 nəfər Rusiya vətəndaşlığı olan erməni əsilli insanlar keçid məntəqəsindən Ermənistana keçib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG