Accessibility links

Azərbaycan Kaxovka SES-in partladılmasından sonra yaranmış fəsadların aradan qaldırılması üçün humanitar yardım göndərib


Azərbaycan Ukraynaya humanitar yardım göndərib (Mənbə: Ukrayna səfirliyi)
Azərbaycan Ukraynaya humanitar yardım göndərib (Mənbə: Ukrayna səfirliyi)

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib.

Humanitar yardım iyunun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə bildirib ki, Rusiya "terrorçu rejimi" tərəfindən Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması üzrə yaranmış fəsadların aradan qaldırılması üçün Azərbaycan Ukraynaya çox ehtiyac duyulan yardım göndərən ilk ölkələr sırasındadır.

Ukrayna səfiri Vladislav Kanevski (Mənbə: Ukrayna səfirliyi)
Ukrayna səfiri Vladislav Kanevski (Mənbə: Ukrayna səfirliyi)

“Humanitar yardım “Silk Way West Airlines” aviaşirkətinin təyyarəsi ilə göndərilir, onun göyərtəsində nasoslar, motorlu nasoslar, şişmə qayıqlar, qoruyucu kostyumlar, xilasedici jiletlər və sairələr var. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri bu, dost Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yüklü artıq 11-ci təyyarədir. Bundan başqa Azərbaycan tərəfi xilasetmə işlərində iştirak edən avtomobil və su nəqliyyatı üçün əlavə olaraq 20 ton yanacaq verib. Dəstək və köməyə görə dost Azərbaycana ürəkdən təşəkkür edirik!” səfir jurnalistlərə deyib.

XS
SM
MD
LG