Accessibility links

İlqar Məmmədov: Türkiyədəki seçkilərin Azərbaycandakı yaxın seçki perspektivlərinə yetərincə təsiri olacaq


İlqar Məmmədov: Türkiyədəki seçkilərin Azərbaycandakı yaxın seçki perspektivlərinə yetərincə təsiri olacaq
please wait

No media source currently available

0:00 0:08:38 0:00

Respublikaçı Alternativ - REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən son seçkilərin regiona, o cümlədən Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyədə keçirilən prezident və parlament seçkilərinin Azərbaycanda seçki sisteminə və seçkilərin təşkilinə təsirləri ola bilərmi?

İlqar Məmmədov: Bu prosesin seçki sisteminə o halda təsiri olacaq ki, cəmiyyət aktivləşsin. Cəmiyyətdə bir tələbat yaransın. Bu baxımdan Türkiyədəki son seçki prosesi Azərbaycanda insanları bir növ hərəkətə gətirdi. İnsanların ictimai-siyasi proseslərə maraqlarını artırdı. Çox adam gördü ki, Türkiyədə düz-əməlli seçki varsa, bizdə niyə olmasın. Bizim fəallığımızdan çox şey asılıdır. Yəni insanlar fəallıq göstərəndə öz-özlüyündə seçki sistemi üçün bir növ motiv, stimul yaradır. İqtisadi terminlərlə desək, bazar yaradır. Əlbəttə ki, bu bazara siyasi partiyalar, o cümlədən də hakim partiya daha fəal çıxacaq. Bu baxımdan Türkiyədəki seçkilərin bizdəki yaxın seçki perspektivlərinə yetərincə təsiri olacaq. Ya Azərbaycan hökuməti cəmiyyətdə yaranmış bu coşquya, marağa, diqqətə cavab verəcək və cavab verməyəcəksə onda cəmiyyətin basqısı ilə, fəallıq basqısı ilə üzləşmə ehtimalı yaranır. Bu baxımdan Türkiyədəki seçkilərin Azərbaycan üçün çox önəmli və müsbət nəticələri ola bilər.

Amerikanın Səsi: Sizin rəhbərlik etdiyiniz siyasi partiya Azərbaycanda parlamentli respublika modelini müdafiə etdiyini bəyan edib. Türkiyədəki parlament seçkiləri modeli Azərbaycan üçün nümunə ola bilərmi?

Türkiyədəki seçkilərin Azərbaycan üçün çox önəmli və müsbət nəticələri ola bilər.     

İlqar Məmmədov: Hər ölkənin öz siyasi modeli var. Ona görə də sizə düzəliş kimi deməliyəm, biz tam da parlament sisteminin tərəfdarı deyilik. Biz hesab edirik ki, hansısa bir partiya təkbaşına parlament seçkilərini qazanarsa baş nazir, parlamentdə təsdiq olunmuş hökumət səlahiyyətlərin əksəriyyətini əllərində cəmləyir. Yox, əgər bir partiya təkbaşına seçkiləri uda bilmirsə, koalisiya şəklində hökumət formalaşdırırsa onda prezidentin səlahiyyətləri nisbətən daha güclü olmalıdır. Bu sistemə sabitlik gətirəcək bir amildir. Amma Azərbaycanın və Türkiyənin siyasi sistemləri hal-hazırda bir-birindən bir çox baxımdan kifayət qədər məsafəlidir. Amma cəmiyyət vasitəsi ilə inteqrasiya prosesi də gedir. Sosial şəbəkələr vasitəsi ilə, ictimai-siyasi fəallıq vasitəsi ilə cəmiyyətlər bir-birinə bağlanır. Tədricən siyasi sistemlər də bir-biri ilə əlaqəsini gücləndirəcək.

Amerikanın Səsi: Türkiyədə seçicilər müxtəlif siyasi ideoloji baxışlara görə bölünüb. Sizcə Azərbaycanda seçicilər hansı siyasi ideologiyaları dəstəkləyə bilər?

Azərbaycan dünyaya respublika olaraq gəlib və belə də davam etməlidir.

İlqar Məmmədov: Biz öz adımızdan danışa bilərik. Biz respublikaçıyıq. Biz hesab edirik ki, Azərbaycan dünyaya respublika olaraq gəlib və belə də davam etməlidir. İndi ölkəmizdə ən ciddi boyut, siyasi rəqabət boyutu, siyasi gündəm budur. Ya sən respublikaçısan, ya da respublikaçı deyilsən, onun əleyhdarısan və respublika üsul-idarəsini qəbul etmirsən. Faktiki Azərbaycanın gündəmi budur. O baxımdan hökumətdə də, başqa siyasi oyunçularda da müəyyən cəhdlər var ki, respublikaçılıq boyutu əhəmiyyətinə görə aşağı endirilsin, cəmiyyətdə başqa boyutlar oynadılsın. Amma, bu gerçək siyasi proses deyil. Azərbaycanın hal-hazırda üzləşdiyi əsas məsələ budur. Soldur, sağdır, bunlar hamısı sabahın boyutlarıdır. Əsas ya sən respublikaçısan, ya da respublika üsul idarəsini dəstəkləmirsən.

Amerikanın Səsi: Türkiyə seçkilərinin nəticələri regional siyasətə və geopolitik duruma hansı yeni təsirlər edə bilər? Bu seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətlərinə hansı yeniliklər gətirə bilər?

Türkiyədə hakim partiya seçkini udsa da ölkənin iqtisadi durumu çox da yaxşı deyil. Valyuta böhranı var.

İlqar Məmmədov: Türkiyədə hakim partiya seçkini udsa da ölkənin iqtisadi durumu çox da yaxşı deyil. Valyuta böhranı var. Son 20 ildə ilk dəfədir valyuta ehtiyatları mənfi göstəricidədir. Necəsə Türkiyə iqtisadiyyatı valyuta cəlb etməlidir. Əgər beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlıq qurub valyuta cəlb edəcəksə Türkiyənin geosiyasi oyunçu kimi rolu da artacaq. Yox yeni hökumət başqa üsullarla iqtisadi problemləri çözməyi bacaracaqsa yenə Türkiyə əvvəlki işlərdə geosiyasi fəallığını göstərəcək. Hər halda bu saat bütün gözlər Türkiyənin iqtisadi perfomansındadır, göstəricilərindədir. Yaxın aylarda ortaya bir çözüm qoyulmalıdır. Ondan sonra bilərik ki, Türkiyə geosiyasi fəal oyunçu kimi davam edəcək, yoxsa müəyyən güzəştlərə getməli olacaq.

Amerikanın Səsi: Bəs seçkilərin nəticələri Azərbaycan-Türkiyə münasibətlərində hansı yeniliklər yarada bilər?

Türkiyənin müxalifəti də Azərbaycan cəmiyyətinə danışmalıdır, Azərbaycan cəmiyyəti ilə bir söhbət qurmalıdır.

lqar Məmmədov: Ən vacibi odur ki, hər kəsə aydın oldu ki, Azərbaycan və Türkiyə cəmiyyətləri sosial şəbəkələr vasitəsi ilə bir-birinə kifayət qədər bağlanıb. Xüsusilə də azərbaycanlı onlayn (online) fəallar bəlkə də Türkiyədə seçkilərin nəticəsinə təsir etmiş olublar. Bilmirəm. Amma baxın, 4 faiz, 2,5 milyon səs fərqi ilə indiki prezident qalib gəldi. Türkiyədə ola bilər bu üstünlüyün müəyyən hissəsini azərbaycanlı onlayn fəallar yaradıb. Belədirsə, onda Türkiyənin müxalifəti də Azərbaycan cəmiyyətinə danışmalıdır, Azərbaycan cəmiyyəti ilə bir söhbət qurmalıdır. Necə ki, hakim partiya Azərbaycan hökuməti ilə öz isti münasibətlərini gizlətmir. Bunun alternativi kimi, bəlkə Türkiyə siyasətçiləri, özü də müxalif siyasətçiləri Azərbaycan cəmiyyəti ilə söhbət etməyə başlasınlar. Hər halda maraqlı olar.

Amerikanın Səsi: Prezident Ərdoğanın hakimiyyəti dövründə Orta dəhliz boyunda yerləşən türkdilli dövlətlər arasında münasibətlər çox sıx inkişaf edib. Sizcə bu sahədə hansı yeniliklər ola bilər?

İlqar Məmmədov: Geosiyasi layihələr bəzən bizim özümüzlə bağlı olur, bəzən isə daha böyük qlobal rəqabətin əks-sədasıdır. Biz gərək baxaq görək, bu geosiyasi layihələr bizim öz canımızdan, iradəmzidən gəlir, yoxsa hansısa daha böyük geosiyasi oyunların tərkib hissəsindəyk. Və ya o oyunları öz maraqlarımıza uyğunlaşdırmağa çalışmalıyıq. Məncə, həddən artıq böyük vəzifələr qarşıya qoyanda və o məqsədə çatmayanda tərəflər məyus ola bilirlər. Son nəticədə bunun zərəri daha çox olur, nəinki faydası. Hələlik məncə realistik və təbii axarı ilə gedən proses Azərbaycan və Türkiyə cəmiyyətlərinin bir-birinə inteqrasiyasıdır. Gələcəkdə bəlkə də bu siyasi inteqrasiyaya yol açar. Ondan böyük iddia ilə yaşayanda gərək baxaq ki, bu öz canımızdanmı gəlir, yoxsa hansısa geosiyasi plandan.

XS
SM
MD
LG