Accessibility links

Türkiyədə siyasi partiya liderləri seçkilərdə səs veriblər


Seçki rəsmiləri Türkiyədəki prezident və parlament seçkiləri günü xaricdən gələn səsləri hesablayır, Ankara, 14 may 2023.
Seçki rəsmiləri Türkiyədəki prezident və parlament seçkiləri günü xaricdən gələn səsləri hesablayır, Ankara, 14 may 2023.

Türkiyədə prezident və parlament seçkilərində səsvermə prosesi davam etdiyi zaman siyasi partiya liderləri də səs verib.

Millət İttifaqının prezidentliyə namizədi və CHP lideri Kamal Kılıçdaroğlu Ankaradakı Arjantin ibtidai məktəbində səs verdikdən sonra açıqlama verib. “Seçki günü səsvermədə iştirak edən bütün vətəndaşlara ən səmimi sevgi və hörmətimi bildirirəm” - deyə, o bildirib. “Bundan sonra görəcəksiniz, inşallah bu ölkəyə bahar gələcək və bahar həmişə davam edəcək,” Kılıçdaroğlu əlavə edib.

Ankara şəhərinin bələdiyyə başçısı Mənsur Yavaş da Kılıçdaroğlu ilə səs verib.

Millət ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu səsvermədə iştirak edib
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Cümhur İttifaqının prezidentliyə namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Üsküdar hissəsində Saffet Cebi ibtidai məktəbində səs verib. “Daxili işlər nazirimdən aldığım məlumata görə, bu günə qədər problemsiz bir seçki prosesi davam edir. Zəlzələ bölgəsində vətəndaşlarımız böyük həvəs və sevgi ilə səslərini verirlər. İndiyə qədər burada heç bir problem yoxdur,” Ərdoğan səs verdikdən sonra açıqlamasında bildirib. O, “Türkiyə demokratiyasının gücünü nümayiş etdirmək baxımından vətəndaşların səs verməsinin çox vacib” olduğunu qeyd edib. Ərdoğan nəticələri İstanbulda izləyəcəyini əlavə edib.

Türkiyənin ən böyük şəhəri və seçkinin nəticələri üçün ən önəmli şəhərlərdən biri olan İstanbulun meri, CHP partiyasından Ekrem İmamoğlu səsini verəndən sonra seçki məntəqəsinin önündə tərəfdarları qarşısında çıxış edib.

İstanbul meri Ekrem İmamoğlu prezident seçkisində səs verib
please wait

No media source currently available

0:00 0:00:39 0:00

İYİ Partiyanın sədri Meral Akşener İstanbulda Hacı Sabancı Anadolu Liseyində səs verdikdən sonra açıqlama verib. Seçki kampaniyası zamanı göstərilən fəaliyyətlərdən danışan Akşener 45 yerdə mitinq keçiriiyini bildirib. Akşener səsvermənin nəticələrinə hörmətlə yanaşaraq, seçkinin nəticələrinin qəbul ediləcəyini vurğulayıb.

Ankaradakı Kocatepe Memar Kamal Anadolu Liseyində səs verən Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan hər kəsi səsvermədə iştirak etməyə çağırıb. “Ölkəmizə, millətimizə xeyirli olsun. Gəlin bu seçkini sakit, bayram əhval-ruhiyyəsində keçirək” - deyə, o bildirib.

Sinan Ogan
Sinan Ogan

MHP sədri Dövlət Bahçelı Ankaranın Anıttəpə orta məktəbində səs verib. “Bu, Türkiyənin siyasi həyatında mühüm bir seçkidir. Bu seçkidə yüksək fəallığın olduğu görünür. Millətimizə xeyirli olsun inşallah. Bütün siyasi partiyalarımıza uğurlar arzulayırıq”, o səsvermədən sonra verdiyi açıqlamada bildirib.

MHP sədri Dövlət Bahçeli Ankarada səs verib
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Prezidentliyə namizədliyini geri çəkən Məmləkət Partiyasının lideri Məhərrəm İncə Ankarada səs verdikdən sonra verdiyi açıqlamada ona qarşı irəli sürülən iddiaların saxta olduğunu deyib. Məhərrəm İncə bu iddiaların konspirasiya olduğunu və onları yayanları məhkəməyə verəcəyini bildirib.

HDP həmsədri Pərvin Buldan Van Cümhuriyyət Liseyində səs verib. Buldan açıqlamasında, "Uzun müddətdir çalışırıq və bu gün əməyimizin qarşılığını alma vaxtıdır. Bu gün Türkiyənin hər yerində xalqımız öz səsini verəcək. Ümid edirəm ki, verilən bütün səslər bu ölkənin sülhü, ədaləti və demokratiyasına vəsilə olacaq”.

Partiyanın digər həmsədri Mithat Sancar Ankarada səsvermədən sonra verdiyi açıqlamada seçkiləri Türkiyə tarixinin ən mühüm seçkisi kimi qiymətləndirib.

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu İstanbuldakı Eyyub Sultan Nejat Sabuncu ibtidai məktəbində səs verib. “Çoxpartiyalı sistemdə xalqın iradəsi əsasında seçkilər yolu ilə ölkəni əmanət olaraq təhvil alan hökumətlər bu etimada sadiq qalmaq üçün fəaliyyət göstərməlidirlər,” Davudoğlu bildirib.

Deva Partiyasının sədri Əli Babacan Ankarada Bilkent Emlak Bank orta məktəbində səsvermədə iştirak edib. “Milli iradənin təzahür etdiyi, xalqımızın öz suverenliyini açıq şəkildə bəyan etdiyi bir gündür,” Babacan bildirib. O, bu seçkilərin “bütün dünyada demokratiyaya can atan bütün insanlar üçün yaxşı nəticələr verəcəyinə” inandığını qeyd edib.

Ankaradakı Çankaya Liseyində səs verən Səadət Partiyasının sədri Temel Karamollaoğlu bildirib ki, “əsas odur ki, ölkəmiz və millətimiz bundan sonrakı həyatlarını sülh içində davam etdirə bilsinlər”.

XS
SM
MD
LG