Accessibility links

Türkiyə prezidentliyinə namizədlər qalib gəlmək üçün millətçilərin səslərini qazanmağa çalışır


Ərdoğan.
Ərdoğan.

Türkiyədə bazar günü keçiriləcək seçkinin ikinci raundundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi Kamal Kılıçdaroğlu ölkənin müxtəlif millətçi partiyalarını dəstəkləyən seçiciləri cəlb etməyə çalışırlar.

Millətçi Hərəkat Partiyası (MHP), İYİ Partiya, Zəfər Partiyası və Böyük Birlik Partiyası mayın 14-də keçirilən parlament seçkilərində səslərin 23 faizindən çoxunu qazanıb. Bu da bəzi eksperltərin fikrincə Türkiyə millətçilərini “seçkinin qalibi” edib.

“Özlərini millətçi kimi təsnif edən siyasi partiyalar və namizədlər heç kəsin gözləmədiyi qədər çox səs topladılar,” İstanbul Texniki Universitetinin keçmiş politoloqu İsmet Akça Amerikanın Səsinə bildirib.

Veteran jurnalist və Meydaskop digital media orqanında şərhçi Kemal Can millətçilərə verilən səslərdəki artımın əhəmiyyətli olmadığını düşünsə də, millətçi partiyaların danışıq gücü əldə etdiklərinə inanır.

“Bu seçkilərin nəticəsi olaraq deyə bilərik ki, millətçililərin say baxımından artımdan çox həm görünmə, həm də bazarlıq imkanları artıb,” Can deyib.

Dəstəklər

Mayın 14-də prezident seçkinin ilk turunda üçüncü yerdə gələn millətçi ATA ittifaqının prezidentliyə namizədi Sinan Oğan bazar ertəsi ilk turna səslərin 49.52 faizini qazanan Ərdoğana dəstəyini elan edib.

Oğan həmçinin vurğulayıb ki, onun namizədləyini türk millətçilərini seçkidə əsas oyunçulara çevirib.

Oğan ilk turda səslərin 5.2 faizini əldə etsə də, Kemal Can düşünür ki, Oğana verilən səslər tamamilə Ərdoğana getməyəcək.

“Oğan bir qrup seçici qarşısına namizəd kimi təqdim olundu və reaksiya [alındı],” Can Amerikanın Səsinə bildirib.

“O bu səsləri toplamayıb; bunların onun özünə verilən səslər deyil. Onlar ittifaqın səsləri və mürtəce səsləridir,” Can əlavə edib.

Çərşənbə günü isə ATA ittifaqının aparıcı partiyası olan ultra sağçı Zəfər Partiyasının başqanı Ümid Özdağ Ərdoğanın rəqibi və ilk turda səslərin 44.88 faizini qazanan Kamal Kılıçdaroğluna dəstəyini ifadə edib.

Kılıçdaroğlu seçkinin ikinci turundan öncə tonunu sərtləşdirərək, seçki kampaniyasi plakatlarında suriyalı qaçıqınları geri göndərməyi və terrorizmə son qoymağı vəd eidb. Eyni zamanda isə Ərdoğan onunla Kürdüstan Fəhlə Partiyası (PKK) arasında əlaqələrin olduğuna işarə edib. Kılıçdaroğlu bu ittihamı rədd edib.

Kürdlərin dəstəyi

Özdağ və Kılıçdaroğlu həmçinin çərşənbə günü əməkdaşlıq prinsipi ilə bağlı yeddi maddədən ibarət protokol imzalayıblar. Protokolda bütün qaçqınları, o cümlədən 3.6 milyon suriyalıları bir il ərzində Türkiyədən çıxarmaq və seçilmiş bələdiyyə sədrlərinin terrorizmlə əlaqələrini sübut edən hüquqi dəlillər olduğu təqdirdə onları məhkəmə qərarı ilə dövlət tərəfindən təyin edilmiş qəyyumlarla əvəz etmək vəd olunur.

Akçanın fikrincə, bu protokol Özdağ üçün bir uğurdur, amma Kılıçdaroğlunu qəyyumlar səbəbilə səsvermənin ilk turunda kürdlərdən aldığı səsləri almamaq riski ilə üz-üzə qoyur.

2019-cu il seçkilərindən bəri kürdlərin Xalqların Demokratik Partiyasının qalib gəldiyi 65 bələdiyyənin ən azı 48-ni terror ittihamları səbəbilə hökumətin təyin etdiyi qəyyumlar idarə edir.

Oğan və Özdağın dəstəklərini elan etmələrindən sonra kürdlərin dəstəklədiyi Yaşıl Sol Parrtiyası Kılıçdaroğlunun adını çəkmədən, ikinci turda Ərdoğana qarşı olduqlarını təkrarlayıb. YSP ilk turda Kılıçdaroğlunu dəstəklədiyini açıqlamışdı.

“Partiya Kılıçardoğluna dəstəyini elan etsə də, onun bu radikal millətçi çılğınlıq fonunda seçiciləri nə dərəcədə səsverməyə təşviq edə biləcəyi sual olaraq qalır,” Akça deyib.

Açar partiya

Kemal Can deyib ki, bu ilki seçki kampaniyasında müxalifət əhalidən ölkənin hazırda tutduğu istiqamətdə dəyişiklik görmək istəyib-istəmədiklərini soruşub. Hökumət isə əksinə sualı belə formalaşdırıb ki, dəyişikliyin olacağına kim qərar verəcək: kürdlər yoxsa millətçilər?

Politoloq Akça deyir ki, Türkiyədəki millətçilər qaçqınlar və kürdləri əsas problem olaraq görürlər.

“Türkiyədə mövcud millətçilərin iki əsas problemi var, onlardan biri də qaçqınlardır, çünki millətçi hərəkat xalq arasında qaçıqın problemi səbəbilə ixtilaf yaradıb. Biz ksenofobiyaya əsaslanan bir millətçilik görürük,” Akça deyib.

“İkincisi kürdlərdir. Sinan Oğan və Zəfər Partiyası “Kürdlər və onları təmsil edən siyasi hərəkata əsas partiya olmağa imkan verməyək” deyərək “Hər kəs kimin açar olduğunu görəcək” deyirdilər,” Akça əlavə edir.

Akça millətçi ATA ittifaqının iki əsas oyunçusu olan Oğan və Özdağın iki fərqli namizədi dəstəkləməsini onların “siyasi gələcəkləri üzərinə qumar oynamaları” kimi qiymətləndirir.

“Mən arxasında Zəfər Partiyası kimi təşkilatın olduğu Ümid Özdağın tək hərəkət edən Sinan Oğandan daha böyük üstünlüyə malik olduğunu düşünürəm,” Akça deyib.

XS
SM
MD
LG