Accessibility links

Türkiyə prezident seçkilərinin ikinci raundu keçiriləcək


Türkiyə seçkilərinin açıqlanan nəticələrinə görə, ölkənin növbəti prezidentini müəyyən etmək üçün seçkilərin ikinci raundu keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener məlumat verib. Seçkilərin ikinci raundu 28 may tarixində baş tutacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi gecə saatlarında tərəfdarlarının qarşısında çıxış edərək, ikinci raundda rəqibi Kamal Kılıçdaroğlu üzərində qələbə qazanacağına əminliyini ifadə edib.

Türkiyədə 20 il iqtidarda olan Ərdoğan həm də ölkə tarixində rəhbər vəzifədə ən uzun müddət xidmət etmiş liderdir. O, 14 may tarixində keçirilən prezident seçkilərində gözləniləndən daha yaxşı nəticə əldə etməyə müvəffəq olub. Buna baxmayaraq, Ərdoğan seçkilərin birinci raundunda qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox səs toplaya bilməyib.

Bu ana açıqlanan nəticələrə əsasən, Ərdoğan səslərin 49.5 faizi ilə liderdir. Onun əsas rəqibi Kılıçdaroğlu isə səslərin 44.9 faizini əldə edib.

Türkiyədə sesvermə hüququ olan şəxslərin sayı 64 milyondur. The Associated Press agentliyinin verdiyi məlumata əsasən, 14 may seçkilərində səsvermə hüququ olanların 89 faizi səs verib.

Həm Ərdoğan, həm də Kılıçdaroğlu bu səsvermənin ölkə tarixinin ən vacib seçkiləri olduğunu bildirir. İnflasiyanın 40 faizdən çox olduğu və insanların yaşayış məsrəfləri ilə bağlı çətinliklər çəkdiyi bir dövrdə iqtisadiyyatın ölkə seçicilərinin əksəriyyəti üçün əsas amil olduğu bildirilir.

Ərdoğan hökuməti güclü icraedici prezidentlik formasına gətirib və bu idarəçilik forması ona təkbaşına və rahat idarəetmə imkanı yaradıb.

Tənqidçilər bu cür mərkəzləşdirilmiş idarəçiliyin fevral ayında 50 min insanın həyatına son qoyan zəlzələyə cavab tədbirlərində daha sürətli addımların həyata keçirilməsinin qarşısını aldığını bildirir. Ərdoğan bu tənqidləri inkar edir.

Kılıçdaroğlu isə öz növbəsində ölkəni parlamentar idarəçiliyə geri qaytarmağı vəd edir.

Ərdoğan prezident idarəçiliyinin ölkənin yerləşdiyi coğrafiyanı misal göstərərək, Türkiyə üçün vacib olduğunu deyir.

Cümə günü seçki kampaniyası çərçivəsindəki son nitqində Ərdoğan ABŞ prezidenti Co Baydeni onu seçkilər vasitəsilə hakimiyyətdən uzaqlaşdırmağa cəhd etməkdə ittiham edib. Vaşinqton bu iddiaya seçkilərdə tərəf saxlamadığını bildirməklə cavab verib.

Türkiyə və onun ənənəvi Qərb tərəfaşları ilə münasibətlər son dövrlərdə gərginləşib. Buna səbəb Ankaranın Moskva ilə yaxınlaşması və demokratiya ilə bağlı narahatlıqlar olduğu deyilir.

Kılıçdaroğlu isə ölkənin Qərb tərəfdarşları ilə yaxın münasibətlərini bərpa edəcəyini vəd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG