Accessibility links

Ərdoğan və Türkiyənin siyasi kimliyi uğrunda mübarizə


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə xalqı bu il müasir Türkiyənin əsasının qoyulmasının bir illiyini qeyd etməyə hazırlaşdığı bir vaxt ölkə, həmçinin siyasi kimliyi uğruna mübarizə aparmaq üçün hazırlıq görür. Türkiyə fiziki baxımdan Asiya və Avropa arasında keçid, millətçilik və Avropaya inteqrasiya arasında metaforik bir kəsişmə, qlobal müsəlman siyasətinin simvolik liderliyinə namizəddir.

Bunların hamısının mərkəzində isə yenidən seçilməyə çalışan prezident Rəcəb Tayyib Ərdoğan var.

Bir çoxları hesab edir ki, onun hakimiyyəti bölücü olub və Türkiyə cəmiyyətini siyasi cəhətdən dünyəvilər və mühafizəkarlara ayırıb. Ərdoğanın tərəfdarları əsasən dindar, sosial mühafizəkar, kəndlərdə yaşayan və ya şəhərlərə yeni köçən insanlar, onun hakimiyyətdə olduğu dövrdə yaranan yeni orta sinifin nümayəndələridir.

Onlar onun xarizmasına cəlb olunurlar, davamlılığını sabitlik kimi görürlər və onun təvazökar keçmişini alqışlayırlar. Belə ki, deyilənə görə, o, futbol oynamaq həvəsindən əl çəkib və atasının maddi çətinliklərinə kömək etmək üçün çörək və limonad satıb.

Digər tərəfdə isə rəqibləri onun “avtoritar” idarəçiliyinin Türkiyə cəmiyyətinin dünyəvi dəyərlərinə ləkə saldığına inanan çətir ittifaqı altında birləşiblər. Onlar üçün Ərdoğanın “İslamla qarışmış siyasəti” Osmanlı İmperiyası dağılandan sonra Kamal Atatürk tərəfindən qoyulan müasir Türkiyənin təməlləri ilə ziddiyyət təşkil edir.

Mayın 14-nə planlaşdırılan prezident seçkiləri Ərdoğanın iyirmi il əvvəl hakimiyyətə gəldiyindən bəri üzləşdiyi ən çətin rəqabət ola bilər.

O, bu 20 ildə üç dəfə baş nazir olub və 2014-cü ildən bəri isə prezident seçilib. 2017-ci ildə Türkiyə referendum vasitəsilə parlament sistemindən prezidentlik sisteminə keçib. Növbəti il isə Ərdoğan ilk icraçı prezident seçilib.

Onun hakimiyyətdəki vəzifələri ilə birlikdə simvolizə etdiyi şeylər də dəyişib.

Baş nazir kimi o, zəif demokratik qüvvələri, güclü ordusu, çətinlik çəkən iqtisadiyyatı və təlatümlər içində olan cəmiyyəti olan bir ölkənin nəzarətini ələ keçirib. O, mötədil siyasəti ilə tənqidçilərini şoka salıb, Beynəlxalq Valyuta Fondu ilə mübarizə aparıb və ölkə iqtisadiyyatını düzəldib, Avropa İttifaqına üzvlük uğrunda mübarizə aparıb, dini mübahisələrdən yayınıb və özünü qərb dünyası ilə möhkəm əlaqələr istəyən demokratiya tərəfdarı kimi göstərib.

Taksim Gezi Parkı
Taksim Gezi Parkı

Ərdoğan siyasi gücünü möhkəmlətdikcə dünyəviləri və bir zamanlar güclü olan generalları təqib etməyə və mətbuat azadlığını məhdudlaşdırmağa başlayıb. Daha sonra isə on il əvvəl Taksim Gəzi Parkında ətraf mühitlə bağlı etirazlar rejimlə qarşıdurmaya çevrilib. Belə ki, dövlət orqanları amansız güc tətbiq edib və küçələrdə “diktator” şüarları səsləndirilib. Türkiyənin hər tərəfinə yayılan nümayişlərdə bir neçə etirazçının öldürüldüyü bildirilir.

Bunun ardınca isə 2016-cı ilə çevriliş cəhdi ilə Ərdoğanın başqa bir tərəfi üzə çıxıb.

O, ordu, məhkəmə, vətəndaş cəmiyyəti, universitetlər, media daxil olmaqla, institutları təmizləmək üçün kütləvi repressiyaya başlayıb və on minlərlə insanı dəmir barmaqlıqlar arxasına salıb. Ərdoğan konstitusiyaya dəyişiklik edərək, çox qüdrətli prezident olmaq üçün daha çox səlahiyyət əldə edib.

Müşahidəçilər hesab edir ki, “Ərəb baharı”nın qarşısının alınması Ərdoğana panislamist olmaq üçün əminlik verdi. “Ərəb baharı günlərində Ərdoğan özünü panislamist hesab edirdi... Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin qruplaşmaya təzyiq göstərdiyi bir vaxt, o, Mursinin rəhbərlik etdiyi “Müsəlman Qardaşlar”ına dəstək verdi” – Türkiyə məsələləri üzrə tanınmış ekspert və Brookings İnstitutunun baş elmi işçisi professor Kamal Kirişçi deyir..

Müşahidəçilər düşünür ki, “Ərəb Baharı” və ardınca Türkiyədə Gezi Parkı etirazlarından sonra insanlar Ərdoğanın maskasını çıxardığını gördülər. O, bütün müxalif səsləri sıxışdırdı; qadınların kişilərlə bərabər tutula bilməyəcəyini söylədi və feministlərin analıqdan imtina etdiklərini iddia etdi; və türk cəmiyyətinin kökünü İslam ənənələri daxilində izləməyə yönəldi.

Onun tənqidçiləri dini məktəblər, məscidlərin sayında kəskin artıma və dövlətin idarə etdiyi Diyanət təşkilatının və ya Diyanət İşləri İdarəsinin təsirinin artmasına diqqət çəkirlər.

Ayasofya.
Ayasofya.

Ərdoğan bir zamanlar Bizantin dövrünə aid kilsə və muzeyn olan tarixi Ayasofyanı məscid kimi bərpa edib. Dövlət Diyanət təşkilatının sədri Əli Erbaş orada əlində qılıncla xütbə oxuyub. Bu cür əməllər onun islamçı tərəfdarlarını ruhlandırır, başqalarını isə onun ölkə üçün nəzərdə tutduğu istiqamətdən narahatdır, çünki bu istiqamət müasir Türkiyənin qurucu ideolodiyasına ziddir.

“Kamal Atatürk Türkiyəni dünyəvi, avropalı, Qərbə baxan bir ölkə kimi görmək istəyirdi. Mən onu Atatürk dəyərlərini paylaşmadığı, Türkiyəni İslamçı, Yaxın Şərq və sosial baxımdan mühafizəkar bir ölkə olmasını istədiyi üçün anti-Atatürk adlandırıram”, Vaşinqton İnstitutunun Türk Araşdırmalar Proqramının direktoru və yazar Soner Çağaptay Amerikanın Səsinə bildirib. “Ərdoğan çox şey etdi, iqtisadiyyatı inkişaf etdirdi, ancaq ümumi seçicilərin gözündə heç də Atatürkə yaxın deyil”.

Ərdoğanın əsas rəqibi Atatürkün 100 il əvvəl qurduğu CHP partiyasının rəhbəri Kemal Kılıçdaroğludur. Son bir neçə ildə paytaxt Ankara və İstanbula nəzarət Ərdoğanın namizədləri bələdiyyə seçkilərində, indi artıq mühüm kürd tərəfdarı olan HDP-nin dəstəyini qazanan rəqiblərinə uduzması ilə Ərdoğanın əlindən çıxıb.

Kemal Kılıçdaroğlu.
Kemal Kılıçdaroğlu.

Türkiyədə siyasi qeyri-sabitlik nəzərə çarpır. Ölkə daxilində "kövrək" iqtisadiyyatın siyasi sarsıntıları və təxminən 50,000 nəfərin ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olan ən son dağıdıcı zəlzələ var. Zərərçəkənlər Ərdoğanın başçılıq etdiyi rejimi zəlzələdən zərər çəkən bölgələrə “qeyri-kafi” yardım göstərməkdə günahlandırdılar.

Beynəlxalq aləmdə ölkədəki hər hansı qeyri-sabitlik Qərbi onun geostrateji cooğrafiyasına görə narahat edir. Ölkə şərqdə regional güclər İran, Ermənistan və Azərbaycan, cənubda Suriya və cənub-şərqdə İraqla sərhəd bölüşməklə yanaşı, eyni zamanda Avropanın astanasında yerləşir. Hazırda Türkiyə milyonlarla suriyalı qaçqına da ev sahibliyi edir.

Ərdoğanın rəqibləri iddia edir ki, qarşıdan gələn seçkilər “avtoritar” idərəçilik dövrünə son qoyacaq. Ancaq Türkiyədə insanlar Ərdoğan uduzduğu təqdirdə yarana biləcək hərc-mərclikdən narahatdır.

“Mən Ərdoğan və tərəfdarlarının seçki nəticələrinin qəbul etmədikləri bir ssenarini təsəvvür belə etmək istəmirəm. Bu, Türkiyənin Çin və Rusiyanın başçılıq etdiyi avroktarik dünyanın sıralarına qoşulmasının möhürü olar", Professor Kemal Kırışçı deyib.

XS
SM
MD
LG