Accessibility links

Cəmil Həsənli: “Güney Azərbaycan: tarixin yol ayrıcında” kitabımda Təbrizdə cərəyan edən hadisələr əks olunub


Cəmil Həsənli: “Güney Azərbaycan: tarixin yol ayrıcında” kitabımda Təbrizdə cərəyan edən hadisələr əks olunub
please wait

No media source currently available

0:00 0:08:53 0:00

Cəmil Həsənli: “Güney Azərbaycan: tarixin yol ayrıcında” kitabımda Təbrizdə cərəyan edən hadisələr əks olunub

Tarix elmləri doktoru Cəmil Həsənlinin “Güney Azərbaycan: tarixin yol ayrıcında, 1939-1945” kitabı nəşr olunub. Kitab xronoloji baxımdan 1939-cu ildən 1945-ci il dekabrın 31-nə qədər olan dövrü əhatə edir.

Həsənli kitabı London Universitetinin Tarix Araşdırmaları İnstitutunda dəvətli araşdırmaçı olaraq çalışdığı dövrdə hazırlayıb.

Müəllif bildirib ki, kitabın davamı kimi “1946-cı ilin Azərbaycan böhranı” adlı kitabın üzərində işləyir.

Amerikanın Səsi: Sizin “Güney Azərbaycan: tarixin yol ayrıcında, 1939-1945” kitabınız nəşr olunub. Kitabın əsas mövzusu nədir?

Bütövlükdə Güney Azərbaycan müharibədən sonrakı dövrdə soyuq müharibənin başlandığı ilk yer kimi xarakterizə edilir.

Cəmil Həsənli: Kitabın əsas mövzusu gözəl Təbrizdir, orada cərəyan edən hadisələrdir. Güney Azərbaycanın İkinci Dünya Müharibəsi dövründə beynəlxalq güclərin hədəfində olmasıdır. Bütövlükdə İkinci Dünya Müharibəsi illərində və müharibədən sonrakı ilk aylarda orada cərəyan edən milli hərəkat, milli hökumətin yaranmasıdır. Sovet Azərbaycanının mədəniyyət, maarif, mətbuat işçilərinin orada iştirakıdır. Bütövlükdə Güney Azərbaycan müharibədən sonrakı dövrdə soyuq müharibənin başlandığı ilk yer kimi xarakterizə edilir. Bütün bunları göstəməyə çalışmışam. Amma bu, tarixi-publisistik səpkidə yazılmış şirin bir Təbriz hekayələri də adlandırıla bilər.

Amerikanın Səsi: Bildiribsiniz ki, İran Azərbaycanı ilə bağlı “1946-cı ilin Azərbaycan böhranı” adlı yeni kitab üzərində də işləyirsiniz. Bu kitabın təlatümlü Təbriz hekayələrinin zəfər və faciəsini əhatə edəcəyini yazıbsınız. Yeni kitabınız barədə daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

1946-cı ilin Azərbaycan böhranı dünya tarixi ədəbiyyatında belə adlanır. Doğrudan da 1946-cı ildə çox təlatümlü, dramatik, bəlkə də dedektiv kimi hadisələr baş verib.

Cəmil Həsənli: Əlbəttə, yeni kitab bilavasitə birinci kitabımın davamıdır. Çünki Təbrizdə milli hökumətin yaranması, fəaliyyəti 1945-1946-cı illəri əhatə edir. “21 Azər Hərəkatı” bütövlükdə bu illərin tarixi yaddaşına hopub. Mən birinci kitabda 1945-ci il dekabrın 31-nə qədər olan hadisələri əhatə etmişəm. İkinci kitab isə Azərbaycan böhranı, 1946-cı ilin Azərbaycan böhranı dünya tarixi ədəbiyyatında belə adlanır. Doğrudan da 1946-cı ildə çox təlatümlü, dramatik, bəlkə də dedektiv kimi hadisələr baş verib. Mən təəssüf edirəm ki, biz bunu bu günə qədər bir sənədli və yaxud bədii filmdə ekranlaşdıra bilməmişik. Bəlkə də bu ekranlaşdırılsa, buna böyük kino -studiyalar qol qoysalar, məsələn Hollivud kimi, digər Britaniyada, Fransada, Almaniyada o böyük sənədli və bədii filmlər çəkilər. Mən əminliklə deyə bilərəm ki, bu, ən çox tamaşaçısı olan bir filmə çevrilə bilər. Doğrudan da 1946-cı ildə Təbrizdə, Güney Azərbaycanın digər şəhərlərində qərb-şərq qarşıdurmasının ilk illəri yaşandı. Təsəvvür edin ki, Amerika səfiri Dövlət Departamentinə yazırdı ki, şah və hökumət Tehrandan qaçmaq istəyir. Əgər onlar Tehrandan çıxarlarsa, biz onları müşayiət etməyə səfirliyin hansısa bir işçisini verəkmi? 1946-cı ilin mart ayı, o dramatik hadisələr ki, var idi, bir tərəfdən Sovet İttifaqı, o biri tərəfdən ABŞ və İngiltərə, üçüncü bir tərəf isə Azərbaycan xalqı, Azərbaycan milləti idi. Məsələn Sovetlər üçün bu genişlənmək siyasəti idi, Amerika və ingilislər üçün bu kommunizmin yayılma siyasəti idi, azərbaycanlılar üçün isə bu, tale məsələsi idi. Həm o taylı, həm bu taylı Azərbayacanın tarixdə ilk dəfə olaraq birləşmək məqamı yetişmişdi. Növbəti kitabda bütün bu hadisələri əhatə etməyi planlaşdırıram.

Cəmil Həsnlinin kitabı
Cəmil Həsnlinin kitabı

Amerikanın Səsi: Sizin kitabınız 2006-cı ildəki Xordat hərəkatı günlərinə təsadüf edir. Bununla bağlı indi İran Azərbaycanından olan insanlar Avropanın böyük şəhərlərində mitinqlər keçirirlər. Buna münasibətiniz?

İranda son böhranlar ciddi izlər qoyub. Bu artıq İran rejiminin sarsıntılı bir dövrə daxil olmasının göstəricisidir.

Cəmil Həsənli: Hesab edirəm ki, İranda son böhranlar ciddi izlər qoyub. Bu artıq İran rejiminin sarsıntılı bir dövrə daxil olmasının göstəricisidir. İran bu gün region üçün, hətta öz xalqı üçün ciddi problem yaradan, regional təhlükəsizlik üçün, dünya təhlükəsizliyi üçün ciddi təhlükə yaradan bir ölkəyə çevrilib. Ölkənin demokratikləşməsi, millətin iradəsinə dayanan, xalqların haqqını və hüququnu tanıyan bir rejimin formalaşması, fərdin hüququnu tanıyan bir hakimiyyətin yaradılması çox zəruridir. Ona görə də İran sarsıntılı günlərini yaşayır. Belə bir dövrdə biz Avropada da, ölkənin içərisində də etirazların şahidi oluruq. Əlbəttə biz qonşuluğumuzda dost, azad, demokratik bir İranın olmasında maraqlıyıq. Çünki belə bir İranın olması Azərbyacan qədər heç bir ölkənin maraqlarına uyğun deyil. Bizim xalqımızın yarıdan böyük bir hissəsi İranın tərkibindədir. Eyni tarixdən gələn, eyni taledən gələn, eyni soy-kökdən gələn, eyni mədəniyyətin daşıyıcısı olan xalqın böyük bir hissəsi oradadır. Asılı vəziyyətdədir, dili yox, məktəbi yox, mədəniyyəti inkar edilir, tarixi inkar edilir. Eyni zamanda müstəqil bir Azərbaycan və bu Azərbaycanın müstəqilliyinin olması İran üçün həmişə, Sovet İttifaqı dağılandan sonra həmişə ciddi problemə çevrilib. Hətta İranın çox məşhur tarixçisi Arian nəzəriyyəsinin banisi Seyid Əhməd Kəsrəvi vaxtı ilə yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Tehran həmişə ehtiyat edir ki, Təbriz öz qibləsini Bakıda tapacaq.

Amerikanın Səsi: İndiyədək Azərbaycan xalqının, yəni İran Azərbaycanında və Azərbaycan Respublikasında, o cümlədən Rusiya Federasiyasının Dağıstan Respublikasında, Gürcüstan Respublikasında yaşayan azərbaycanlıların vahid tarix kitabı yazılmayıb. Tarixçilər Məhəmmətağı Zehtabi və Süleyman Əliyarlı ilk dəfə İran Azərbaycanında və Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların tarixini bir kitabda cəmləşdirib. Sizcə, Azərbaycan xalqının ümumi tarixinin yazılmasının vaxtı çatmayıbmı?

Azərbaycan xalqının ümumi tarixinin indiyədək yazılmaamsı təəssüf doğurur.

Cəmil Həsənli: Bəlkə məsələni belə qoyaq? Vaxtı keçməyibmi? Əslində bunun vaxtı keçib. Bu, çoxdan yazılmalı idi. Bir məsələnin altını cızmaq istəyirəm ki, vaxtı ilə ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində üç cildlik Azərbaycan tarixi kitabı hazırlanırdı, onda buna təşəbbüs edilmişdi. Həmin vaxt kitabın maketini Moskva aldı. Onu rəylərə göndərdi. Kommunist Partiyasının Mərkəzi Komitəsi o taylı, bu taylı Azərbaycanın və Azərbaycan xalqının vahid bir tarixinin yazılmasının əleyhinə oldu. Tövsiyələr göndərdi ki, belə olmaz. Yəni, biz xarici bir ölkənin daxili işinə qarışa bilmərik. Kitabın maketi demək olar ki, tamamilə dəyişdirildi. Amma indi Moskva yoxdur, Rusiya yoxdur. Bizim qabağımızı alan nədir? Niyə bu işlər indiyə qədər görülməyib? Ölkənin Elmlər Akademiyası var, sahə institutları var, universitetlərdə tarix və ictimai fənlər kafedraları, fakültələri var. Əgər indiyə qədər bu iş görülməyibsə, buna ancaq təəssüf etmək lazımdır.

XS
SM
MD
LG