Accessibility links

Azərbaycan və İsrail parlamentlərarası əlaqələri gücləndirir


Muxtar Məmmədov və Vladimir Beliak (Foto Muxtar Məmmədovun twitter səhifəsindən götürülüb)
Muxtar Məmmədov və Vladimir Beliak (Foto Muxtar Məmmədovun twitter səhifəsindən götürülüb)

Azərbaycanla İsrail arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Twitter hesabında məlumat yayıb.

Belə ki, Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.

Görüşdə ikitərəfli əlaqələri müzakirə olunub və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Milli Məclisi 2022-ci il noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsrail dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Martın 26-da Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.

Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.

XS
SM
MD
LG