Accessibility links

Azərbaycan və Rusiya prezidentləri regiondakı durumu müzakirə edib


İlham Əliyev və Vladimir Putin (Foto president.az saytınındır)
İlham Əliyev və Vladimir Putin (Foto president.az saytınındır)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

Məlumatda deyilir ki, Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.

Eyni məzmunlu məlumatı Rusiya prezidenitnin mətbuat xidməti də yayıb.

Prezident İlham Əliyev prezident Putinlə telefon danışığından öncə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

XS
SM
MD
LG