Accessibility links

Ukraynada Azərbaycandan olan hərbçi həlak olub


Əli Əliyev Ukraynada həlak olub (Kollaj Qabil Osmanlının facebook səhifəsindəndir)
Əli Əliyev Ukraynada həlak olub (Kollaj Qabil Osmanlının facebook səhifəsindəndir)

Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə daha bir azərbaycanlı hərbçi həlak olub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı Amerikanın Səsinə bildirib ki, əslən Bakıdan olan Ukrayna vətəndaşı, Ukrayna Milli Qvardiyasının hərbçisi Əli Əliyev fevralın 8-də cəbhənin Kreminnoy (Luqansq) istiqamətində həlak olub.

O, Xarkov şəhərində dəfn olunub.

Azərbaycan diaspor təşkilatlarının qeyri-rəsmi məlumatlarına əsasən, 11 aydır davam edən müharibə dövründə Ukraynada döyüş şəraitində 40-dək Azərbaycan əsilli hərbçi həlak olub.

XS
SM
MD
LG