Accessibility links

Rusiyanın Ukraynada təcavüz cinayətinə görə tribunala verilməsinə çağırılır


Rusiyanın Ukraynada təcavüz cinayətinə görə tribunala verilməsinə çağırılır
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Ukraynanın baş prokuroru Andriy Kostin Rusiyanı Ukraynaya təcavüz cinayətinə görə təhqiq etmək və mühakimə etmək üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb.

Həm beynəlxalq, həm də Ukrayna məhkəmələri Rusiyanın ötən fevral ayında Ukraynaya müdaxiləsindən sonra törətdiyi hərbi cinayətləri araşdırır. İndi Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyəti Rusiyanı təcavüz cinayətinə görə təhqiq və təqib etmək üçün tribunal yaratmağa çağırır.

Ukraynanın baş prokuroru Andrey Kostin hesab edir ki, bu, zəruri addımdır.

"Ukrayna məsuliyyətə cəlb etməyin ən mümkün və effektiv yolu kimi təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasına çağırır".

Kostin deyir ki, beynəlxalq ictimaiyyət Rusiyanı məsuliyyətə cəlb etməlidir, çünki Ukraynanın məhkəmə sistemi başqa ölkənin liderlərini məhkəməyə verə bilməz. BMT-nin cəlb edilməsi də problemlidir. Belə ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və hər hansı bir iddia qaldırma cəhdinə veto qoya bilər.

ABŞ Dövlət Departamenti beynəlxalq tribunalın yaradılması üçün müxtəlif formatları nəzərdən keçirir və həmçinin bu mərhələdə müvəqqəti prokurorluğun yaradılmasını təklif edir.

"Ukrayna prokurorlarını digər multidissiplinar və beynəlxalq ekspertlərlə bir araya gətirərək təcavüz cinayətinin təqibini dəstəkləmək üçün istifadə olunacaq məlumatların toplanmasına başlanılmalıdır" - deyə, Qlobal Cinayət Ədaləti üzrə nümüyəndə Bet Van Şaak bildirib.

ABŞ-ın müharibə cinayətləri üzrə keçmiş səfiri Klint Uilyamson Ukraynaya müharibə cinayətlərini təqib etməkdə kömək edən beynəlxalq komandanın üzvüdür. O, Haaqada ofisinin olmasının vacibliyini vurğulayır.

"Hesab edirəm ki, bu müzakirələr inkişaf edərkən, insanlar başqa variantları nəzərdən keçirərkən bunlardan biri də məhkəmənin yaradılmasına zəmin yaradacaq müvəqqəti prokurorluğun yaradılmasıdır - biz bu işdə irəliləyiş əldə edirik".

Bu il prezident Bayden Rusiya hərbi cinayətkarlarının ABŞ-da mühakimə olunmasına imkan verən Müharibə Cinayətləri Qurbanları üçün ədliyyə qanununu imzalayıb.

"İlkin qanuna əsasən, biz müharibə cinayətlərini yalnız o halda təqib edə bilərdik ki, ya qurban, ya da cinayətkar ABŞ vətəndaşı olsun. Bu o demək idi ki, Rusiyanın Ukraynanın mülki əhalisinə - qadınlara, uşaqlara, həbsdə olan hərbi əsirlərə qarşı hərbi cinayətlərinə ABŞ məhkəmələrində baxıla bilməz" - deyə, Qlobal Cinayət Ədaləti üzrə nümüyəndə Bet Van Şaak bildirib. .

Hələlik ədalət çarxları xüsusilə beynəlxalq səhnədə yavaş fırlanır və rəsmilər deyir ki, hər hansı hərbi cinayətkarın məhkəmə qarşısına çıxarılması illərlə sürə bilər.

XS
SM
MD
LG