Accessibility links

Mikolaivdə ukraynalı minaaxtaranlar ərazini təhlükəsiz etməyə çalışırlar


Mikolaivdə ukraynalı minaaxtaranlar ərazini təhlükəsiz etməyə çalışırlar
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Mikolaivdə ukraynalı minaaxtaranlar ərazini təhlükəsiz etməyə çalışırlar

Rusiya qoşunları Snihurivka kəndini 9 ay işğal edib, geri çəkiləndə isə geridə tələlər və minalar qoyub gediblər. Ukraynanın minatəmizləmə qrupu ərazini yenidən təhlükəsiz hala gətirmək üçün çalışır.

Bu videoda Ukraynanın bombaların zərərsizləşdirmə qrupunun üzvləri Ukraynanın cənubundakı Mikolaiv vilayətində minaları zərərsizləşdirirlər.

"Çox çeşidli döyüş sursatları – artilleriya mərmiləri, reaktiv qumbaraatanlar, kaset sursatları və minalar…" – Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən Andrey Şlıkov deyir.

Mikolaiv bölgəsindəki Snihurivka kəndi doqquz aydan çox bir müddət Rusiya qoşunlarının işğalı altında idi.

Ukrayna Silahlı Qüvvləri noyabr ayında kəndi azad edib, amma yerlilər hələ də evlərinə geri dönə bilmir. Ona görə ki, Rusiya qüvvələri geridə hər cür mina, tələ və partlamamış sursat qoyub gedib.

"Onlar hücum gözləyirdilər və hazırlanmaq üçün tələlər quraşdırıblar. Onlar özlərini qorumaq istəyiblər. Amma geri çəkilməli olublar və hər şeyi olduğu kimi qoyub gediblər," Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən Oleksandr Antko deyir.

İnsanlar kəndə geri dönmədən ora mina təmizləyənlər gedib.

"Biz ora kor-koranə getmirik – biz əvvəl bir az məlumat əldə edirik. Yəni, əgər bizə haradasa minaların ola biləcəyi deyilirsə, biz birinci ora gedirik. Biz ilk olraq yolu yoxlayırıq, çünki daha sonra hərəkət etmək üçün ondan istifadə edəcəyik. Sonra isə digər ərazilərə gedirik," Dmitro Kudin deyir.

Adətən minatəmizləyənlərin ilk yolxladığı ərazi elektrik xəttlərinin altı olur. Həmin ərazi nə qədə rtez təmizlənsə, elektrik də bir o qədər tez bərpa edilə bilər.

Bomba zərərləşdirmə komandası gördüyü işin ölümlə nəticələnə biləcəyini heç vaxt unutmur.

"Biz kəndlərdə qumbaralara, minaatanlara, partlamamış sursatlara rast gəlirdik. Bunlar xüsusilə təhlükəlidir, çünki onlarla düzgün işləməmək ölümə və ya qolların, əllərin və gözlərin ciddi zədələnməsinə səbəb ola bilər. mütəxəssis olmayanlar onlara heç vaxt toxunmamalıdırlar," Mikola Vinnitçuk deyir.

Minaaxtaranların tapdığı bütün təhlükəli əşyalar daha sonra güclü partlamamış sursatların saxlanması və daha sonra zərərsizləşdirilməsi üçün istifadə edilən xüsusi obyektə aparılır.

"Qorxu sağlam düşüncənin əlamətidir, insanlar bu əşyalara, hətta minaaxtaran avadanlıqlara da toxunmaqdan qorxmalıdırlar. Əgər qorxuları yoxdursa, bu, problemdir. Bu, bizi daha diqqətli olmağa məcbur edir – çünki biz gedəndən sonra insanlar bu əraziyə qayıdacaqlar," Oleksandr Antko deyir.

Dekbar ayında Xerson bölgəsində üç minaaxtaran həyatını itirib.

Fövqəladə halla xidmətinin rəsmiləri deyir ki, Ruisyanın işğalı başlayandan bəri təkcə Mikoliv regionunda 8000-dən çox partlamamış sursat tapılaraq, sıradan çıxarılıb.

XS
SM
MD
LG