Fevralın 9-da Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində iki nəfər mülki şəxs olan Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil artilleriya atəşi nəticəsində həlak olub.
Məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat xidmətindən Amerikanın Səsinə təsdiq ediblər.
Mətbuat xidmətindən bildiriblər ki, həlak olanlar əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Sadıq və oğlu 31 yaşlı Cavid Əliyevlərdir.
Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə gediblər. Onlar qəfil Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub.
“Azərbaycan vətəndaşlarının cənazələri hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır. Onlar Donetskdə dəfn olunacaq,” mətbuat xidmətindən bildiriblər.