Accessibility links

Norveç Ukraynaya 7,3 milyard dollarlıq yardım paketi təklif edib


Norveçin baş naziri Yonas Qar Stoer
Norveçin baş naziri Yonas Qar Stoer

Norveçin baş naziri bazar ertəsi Ukraynaya 7,3 milyard dollarlıq yardım paketi təklif edib. Bu, Ukraynanın Avropa müttəfiqlərinin Rusiyanın işğalı ilə mübarizədə ən son dəstəyidir.

Baş nazir Yonas Qar Stoer müxalifət liderləri ilə görüşündən sonra jurnalistlərə yardımın beş il ərzində çatdırılacağını bildirib və deyib ki, hökumətinin münaqişələrdən təsirlənən digər ölkələrə də əlavə dəstək vermək niyyətindədir.

“Biz Norveçin Ukraynaya davamlı töhfə verməsini təklif edirik” dedi.

Norveç parlamenti yardım paketini təsdiq etməlidir.

Financial Times qəzeti bazar ertəsi Avropa İttifaqının Ukrayna prezidenti Volodimir Zelenskinin bu həftə Avropa Parlamentində çıxış etməsi üçün səfərinə hazırlaşdığını bildirib.

Avropa İttifaqı liderləri keçən həftə Zelenski və digər Ukrayna liderləri ilə görüşmək üçün ittifaqın Rusiyanın işğalına reaksiyasını, eləcə də Ukraynanın Avropa Birliyinə üzvlük müraciətini müzakirə etmək üçün Kyivə səfər edib.

Rusiya təxminən bir il əvvəl işğala başladığından bəri Zelenski Ukraynadan kənarda yalnız bir dəfə səfərdə olub.

Ukrayna bu ay 24 fevral işğalının ildönümünə təsadüf edən günlərdə Rusiyanın böyük bir hücum reallaşdıracağı ehtimalına hazırlaşdığını, lakin ölkənin bu hücumu dayandırmaq üçün lazımi ehtiyata malik olduğunu bildirib.

XS
SM
MD
LG