Accessibility links

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutub


Rusiya və Ukrayna fevralın 4-də əsir mübadiləsinin baş tutduğunu elan edib. Bununla da 63 rus və 116 ukraynalı sərbəst buraxılıb. Bundan əlavə Ukraynanın Donetsk bölgəsində humanitar işlərlə məşğul olan iki xarici könüllünün cəsədi də Ukraynaya qaytarılıb.

Rusiya Müdafiə Nazirliyi Telegram kanalında yerləşdirdiyi açıqlamasında 63 rus əsgərin qaytarıldığını bildirib. Açıqlamada təfərrüat verilmədən deyilir ki, sərbəst buraxılanlar arasında “həssas kateqoriyaya” aid insanlar var.

O əlavə edib ki, əsir mübadiləsi “Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin vasitəçiliyi sayəsində” baş tutub.

Bu arada isə Ukrayna rəsmiləri 116 əsir evinə qayıdıb.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak Telegramda yazıb ki, onlar arasında “Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut ərazisindən snayperlər” var.

Bundan əlavə Yermak yazıb ki, iki xarici könüllü – britaniyalı Kristofer Metyu Parri və yeni zelandiyalı Endrü Tobias Metyu Baqşanın, habelə Fransasnın Xarici Legionunda xidmət göstərən mərhum ukraynalı könüllü Yevhen Kulikin cəsədləri Ukraynaya qaytarılıb.

Mülki vətəndaşların evakuasiyasına kömək edən və humanitar yardım çatdıran iki könüllü, Parri və Baqşanın yanvarın 7-də Donetskdə itkin düşdükləri bildirilmişdi.

Onlar ən son ondan bir gün əvvəl Kramatorskdan ukraynalı müdafiəçilərlə Rusiya qüvvələri arasında ağır döyüşlərin getdiyi Soledara gedərkən görülüblər.

Bundan qısa müddət sonra onlardan birinin ailəsi onların humanitar evakuasiyaya yardım etməyə çalışarkən öldürüldüklərini bildirib.

Yerman həmçinin sərbəst buraxılan ukraynalı müharibə əsirlərinin avtobusla getdiyini və kişilərin avtobusun önündə əllərində Ukrayna bayraqları tutduqlarını göstərən şəkillər paylaşıb.

XS
SM
MD
LG