Accessibility links

Ukrayna Baş Prokurorluğu müharibə başlayandan azı 460 uşağın həlak olduğunu bildirir


Arxiv fotosu - 12 yaşlı Anna Skiban Ukraynanın Çerniqov şəhərində təhsil aldığı liseyin Rusiya qüvvələri tərəfindən bombalanmasından əvvəl keçmiş sinif otağında partasının olduğu yerdə dayanıb, 30 avqust 2022.
Arxiv fotosu - 12 yaşlı Anna Skiban Ukraynanın Çerniqov şəhərində təhsil aldığı liseyin Rusiya qüvvələri tərəfindən bombalanmasından əvvəl keçmiş sinif otağında partasının olduğu yerdə dayanıb, 30 avqust 2022.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan indiyədək 460 uşaq ölüb, 919 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.

Prokurorluq aydınlaşdırıb ki, bu, yalnız müharibə zamanı yoxlanıla bilən məlumatlardır və real rəqəmlər daha çox ola bilər.

Prokurorluq həmçinin bildirir ki, müharibə zamanı atəş açılması və bombardmanlar nəticəsində 3126 uşaq və təhsil müəssisəsinə zərər dəyib, onlardan 337-si tamamilə dağıdılıb. Məlumatda 16 mindən çox uşağın Rusiyaya aparıldığı deyilir.

Bu rəqəmlər BMT-nin 2022-ci ilin fevralından bəri 1100-ə yaxın ukraynalı uşağın öldürüldüyü və ya yaralandığı barədə statistikasına yaxındır. Məlumata əsasən, bir milyondan çox uşaq evlərini tərk edərək ölkə daxilində sığınacaq tapıb.

Ümumilikdə 7,7 milyon insan Ukraynanı tərk edərək, qaçqın vəziyyətinə düşüb. Bunların əksəriyyəti qadınlar və uşaqlardır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF 2023-cü ildə ukraynalı uşaqların həm ölkə daxilində, həm də xaricdə ehtiyaclarını ödəmək üçün bir milyard dollardan çox vəsaitin ayrılmasına ehtiyac olduğunu bildirib. Bu maliyyədən 829 milyon dollara Ukraynanın özündə, 229 milyon dollara isə xaricdə qaçqın uşaqlara yardım üçün ehtiyac var. Bu məbləğə təhsil, yemək, yaşayış və tibbi xidmət xərcləri daxildir.

Rusiya dəfələrlə Ukraynada mülki hədəflərə və yaşayış məntəqələrinə zərbələr endirmədiyini bəyan edib. Rusiya ərazisinə köçən Ukrayna vətəndaşları, o cümlədən uşaqlar Moskva tərəfindən könüllü qaçqın olaraq tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG