Siyasi şərhçi, "Azadlıq" qəzetinin redaktoru Rahim Hacıyev dünyada demokratik geriləmənin Azərbaycandakı təsirləri, jurnalist və fəalların həbsləri fonunda vətəndaş azadlıqlarının vəziyyəti barədə danışır. Rəsmi Bakı isə insan hüquqlarının vəziyyətinə dair tənqidləri bir qayda olaraq qəbul etmir.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində ölkədə iqtidar-müxalifət münasibətləri, son həbslər və Avropaya inteqrasiya sahəsində durumdan danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə prezident Trampın ikinci dönəm hakimiyyəti dövründə xarici siyasət prioritetləri və ABŞ-Azərbaycan münasibətlərindən gözləntilər haqda danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə prezident Trampın hakimiyyətinin ikinci dönəmində ABŞ və Azərbaycan arasında münasibətlərin perspektivlərini şərh edib. Səfir Kazlariç Avropanın enerji təminatı sahəsində əməkdaşlığın inkişafı üçün imkan olduğunu deyib.
Maynts universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Amerikanın Səsinə müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin dinamikası, Ukraynada müharibənin Rusiyanın regionda nüfuzuna təsiri və ABŞ-ın yeni administrasiyasının Rusiya və regionla bağlı mümkün siyasəti haqda danışıb.
Brukinqs İnstitutunun elmi işçisi Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyənin hazırda Suriyada siyasi proseslərdə rolu və Əsəd rejiminin hakimiyyətdən devrildiyi şəraitdə Türkiyə və ABŞ arasında münasibətlərdən gözləntilər haqda danışıb.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Amerikanın Səsinə müsahibədə Azərbaycanda insan hüquqlarının durumu, ABŞ-ın vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı narahatlıqları və yeni Tramp administrasiyası dönəmində ABŞ-Azərbaycan münasibətlərindən gözləntilər haqda danışıb.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Amerikanın Səsinə müsahibədə hər il noyabrın 25-dən dekabrın 10-a qədər qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq 16 günlük fəallıq kampaniyası çərçivəsində Azərbaycanda görülən işlər haqda danışıb.
Ukrayna Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cemilev Amerikanın Səsinə müsahibədə Ukraynada müharibənin gedişi, ABŞ-ın son qərarları və yeni Tramp administrasiyasından gözləntilər haqda danışıb.
Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda jurnalistlərin həbsləri və təşkilatın onların azad edilməsi istiqamətində göstərdiyi fəaliyyətlər haqda danışıb.
Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-ın növbəti administrasiyasının Cənubi Qafqazda prioritetləri və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə yeni Tramp administrasiyasının xarici siyasət kursu, Yaxın Şərq və Ukraynada münaqişələrlə bağlı siyasətindən gözləntilər, eləcə də Cənubi Qafqaz regionunda mümkün prioritetləri haqda danışıb.
Daha çox yüklə