Martın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun ölümündən 18 il ötür. Elmar Hüseynov 2005-ci ildə evinin pilləkənində qətlə yetirilib. İstintaq bildirib ki, jurnalistə tapançadan yeddi güllə açılıb.
”Qıy vaar” platforması LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizlinin qətlinin ildönümü ilə bağlı onun xatirəsini əbədiləşdirmək məqsədilə çəkilmiş "Kuir Tale: Əvəz Hafizli" adlı filmini nümayiş etdirib.
Fevralın 23-də Bakının Xətai rayon Məhkəməsi hakim Rəfael Sadıqovun sədrliyi ilə istintaq orqanlının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin daha iki ay, aprelin 28-dək uzadılması barədə qərar qəbul edib.
Fevralın 22-də LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlindən bir il ötür. Qətli Əvəzin cinsi oriyentasiyasına görə törətdiyini etiraf edən Əmrulla Güləliyev qəsdən adam öldürmə maddəsi ilə 9 il 6 ay müddətində həbs edilib. İctimai fəallar dövlətin nifrət cinayətlərinə zəmin yaratdığını deyiblər.
Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi qərarını qüvvədə saxlayıb.
Memar Dilqəm İsmayılov Türkiyədə zəlzələ səbəbilə infrastrukturda yaranan problemlərin səbəblərindən, dövlətin bu məsələdə nə etməli olduğundan söz açıb. Memar Azərbaycanda tikintilərin keyfiyyətindən daha çox digər problemlərin olduğunu deyib.
Politoloq Şahin Cəfərli Türkiyədə baş verən zəlzələ, krizisin idarə edilməsi, dövlətin bu yöndə siyasətindən danışıb. Türkiyənin bu vəziyyətə düşməsinin səbəbləri nədir? Siyasi şərhçi Amerikanın Səsinin suallarını cavablandırıb.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.
Media hüququ üzrə ekspert Xalid Ağaliyev bildirib ki, 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsi qəbul olunub: "Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi".
Toplum TV-nin redaktoru, araşdırmacı jurnalist deyir ki, əgər məhkəmə qaydasında jurnalistlərin fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər
Daha çox yüklə