Accessibility links

"Formula 1" Azərbaycana nə qazandırır?


"Formula 1" Azərbaycana nə qazandırır?
please wait

No media source currently available

0:00 0:06:09 0:00

2016-cı ildən bəri keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi daha üç il uzadılaraq, 2026-cı ilədək keçiriləcək. Rəsmi xəbər bu ilki yarışın Bakıda keçildiyi vaxt elan edildi.

28-30 aprel arasında keçirilən yarışa görə şəhərin mərkəzi küçələrində dəmir səddlər qurlaşdırılıb və şəhərin müəyyən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Əhalinin müəyyən hissəsində yarışların keçirilməsi narazılığa səbəb olsa da, hökumət "Formula 1"-in dövlət üçün vacib olduğunu deyir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, Bakıda hər hansı tədbirlər olmasa belə, nəqliyyat sistemi rahat istifadə üçün əlverişli deyil.

Ekspert hesab edir ki, paytaxtda çeşidli nəqliyyat növlərinə ehtiyac var, bu olmadığı müddətdə tıxaclara və insanların narazılığına səbəb yaradır.

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə dövlət "Formula 1" yarışlarında xərc və gəlirlərini şəffaf şəkildə açıqlamır. Şəffaflıq olmadığına görə isə yarışın gəlir və zərəri barədə dəqiq qiymətləndirmə etmək mümkün deyil.

İqtisadçı deyir ki, Qərb mediasının yazdığına görə Azərbaycan yarışların keçirilməsi üçün illik 57 milyon dollar lisenziya ödənişi edir, bundan əlavə isə təmir və servis işlərinin xərclərini də qarşılayır. Yarışların keçirilməsinə görə ən çox vəsait ödəyən isə Azərbaycandır.

Sosial-iqtisadi tətqiqatçı Orxan Zakirov düşünür ki, Azərbaycanda keçirilən "Formula 1" yarışlarının həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

Tətqiqatçı hesab edir ki, nəqliyyat sisteminin iflic olması, həmçinin yarışlarla bağlı hesabatlılığın olmaması narahatlıq doğurur və şəffaflığı şübhə altına alır. Zakirov nəqliyyatla bağlı yaranan problemlərin yarışları şəhərin mərkəzindən kənar yerlərdə keçirməklə aradan qaldırıla biləcəyini düşünür.

2023-cü il "Formula-1"-lə bağlı keçirilən mətbuat konfransında "Bakı Şəhər Halqası"-nın milli mətbuat katibi Turab Teymurov bildirib ki, yarışın ilk dörd ilinin hesabatına əsasən, Azərbaycana birbaşa və dolayı yolla gələn vəsait 500 milyon dollardan çoxdur.

XS
SM
MD
LG