"Formula 1" Azərbaycan Qran-prisinin təşkilatçıları ilə müqaviləni daha 3 il uzatdıqlarını bildirib.
Bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, Qran-pri 2026-cı ilədək keçiriləcək.
"Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik", deyə "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.
Azərbaycan "Formula 1" yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Yeddinci dəfə Bakıda təşkil olunacaq Qran-pri 2023-cü ildə aprelin 28-30-da keçiriləcək.
Yarışın həm Azərbaycanda, həm də dünyada çox sayda izləyicisi olmasına baxmayaraq, Bakı sakinlərinin "Formula 1"-in şəhər mərkəzində keçirilməsi ilə bağlı fikirləri birmənalı deyil. Sakinlər düşünür ki, yarışın mərkəzdə keçirilməsi onların hərəkət azadlığını məhdudlaşdırır.