Accessibility links

Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Mayın 1-də Bakı Apellyasiya Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması barədə məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc məlumat verib.

Aprelin 20-də Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti əsasında Hacıyevin həbs müddətinin daha iki ay (iyunun 28-dək) uzadılması barədə qərar qəbul edib. Bəxtiyar Hacıyev məhkəmədə həbs müddətinin uzadılmasına etiraz edib, lakin məhkəmə bunu nəzərə almayıb. Fəal ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. Vəkilin sözlərinə görə, Hacıyev bildirib ki, o özünə qarşı baş verən qanunsuzluğa son qoyulması və azadlığa buraxılmasına şərait yaradılması xahişi ilə prezident İlham Əliyevə müraciət etsə də, indiyədək cavab ala bilməyib.

Aqil Layıcın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və şikayəti təmin etməyib.

“Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir. O, bu barədə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə bildirsə də, hələ dərmanlarla təmin etməyiblər,” vəkil bildirib.


Xatırlatma

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay uzadıb. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclıq aksiyasını dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG