Rusiyanın işğalı milyonlarla ukraynalı üçün ölüm, terror və qeyri-müəyyənlik gətirdi.
Davam edən münaqişə nəticəsində çox sayda insan didərgin düşüb. Kyiv, Xarkiv, Çerniqov, Mariupol və digər şəhərlərdə davam edən atışmalar hələ ki, ölkənin qərb regionuna, xüsusən də Lvivə çatmayıb. Məhz buna görə, bir çoxları Lvivdən təhlükəsizlik kanalı kimi istifadə edir. Ukraynda yaşayan azərbaycanlı və könüllü olaraq didərginlərə yardım səylərinə qatılan Həsən Mirzəyev öz təəssüratlarını Amerikanın Səsi ilə paylaşıb.