Accessibility links

14 may yürüşü hansı zərurətdən keçirilir? 


Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz məqsədi daşıyır.

Təşkilatçıların bildirdiyinə görə, etiraz aksiyası Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc yürüş olacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir: "Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq."

Aksiya təşkilatçılardan bu aksiyaya zərurətin nədən yarandığını soruşduq.

“Fəallara qarşı zorakılıq baş verir və dövlətdən heç bir reaksiya yoxdur”

Əhməd Məmmədli: “Fəallara qarşı zorakılıq baş verir və dövlətdən heç bir reaksiya yoxdur”
please wait

No media source currently available

0:00 0:01:00 0:00

Əhməd Məmmədli, Demokratiya 18 Hərəkatının sədri: Son bir ildir, müxtəlif ictimai siyasi fəallara qarşı zorakılıq halları baş verir. Bu zorakılıq hallarına qarşı heç bir adekvat reaksiya yoxdur dövlətdən. Aytən Məmmədovanın boğazına bıçaq dirənərək, övladı ilə hədələnməsi artıq bunun pik həddi idi. Biz siyasilər, ictimai fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, ümumilikdə bir qərar aldıq ki, mütləq bununla bağlı artıq adekvat reaksiyalar verilməlidir bizim tərəfimizdən. Artıq dövlət bu sahədə başa düşməlidir ki, o kimlərisə döyəndən sonra, işgəncələrə məruz qoyandan sonra instanlar sadəcə iki saat Facebook-da status yazmaqla kifayətlənəsi deyil. Daha ciddi addımlar atıla bilər və ictimai rəy formalaşa bilər. Buna görə də, biz icbari bir situasiya yaratmaq istəyirik ki, dövlətdə, sən bu gün vətəndaşı, ictimai fəalı, siyasətçini zorakılığa məruz qoyacaqsansa, onun adekvat cavabı da olacaq.

“Mən hazırda özümü təhlükəsiz, sivil bir ölkədə hiss etmirəm”

Gülnara Mehdiyeva: “Mən hazırda özümü təhlükəsiz, sivil bir ölkədə hiss etmirəm”
please wait

No media source currently available

0:00 0:00:49 0:00

Gülnara Mehdiyeva, feminist fəal: “Son 6 ayda biz çoxlu sayda amansız cinayətlərə şahid olduq və bu, cinayətlər səravi insanlar tərəfindən törədilməyib. Onların hər birində, bu və ya digər formada, bəzilərində birbaşa, bəzilərində qismən, dolayı yolla da olsa, hökumətin əli var. Hökumət heç bir cinayətin araşdırılması üçün səy göstərməyib. Yəni bu o deməkdir ki, biz konkret olaraq bir kriminal dövlətdə, mafiya dövlətində yaşayırıq. Mən hazırda özümü təhlükəsiz, sivil bir ölkədə hiss etmirəm. Sanki Meksikada hiss edirəm və ya Braziliyanın hansısa bandit dəstələri olduğu məhəllədə hiss edirəm hazırda və təhlükəsizlikdə deyiləm. Bu cinayətlərin dayandırılması və cəmiyyət olaraq mövqeyimizi göstərmək ki, biz buna susmuruq, biz bununla barışmırıq. Bunu göstərmək üçün biz bu etiraz aksiyasına çıxmağı planlaşdırırıq.”

“Azərbaycan qaranlıq bir dövrə gedir”

Ülvi Həsənli: “Azərbaycan qaranlıq bir dövrə gedir”
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Ülvi Həsənli, ictimai fəal: "Hökumət ciddi şəkildə qorxu mühiti yaradıb uzun illərdir. Son illərdə bu qorxu mühiti daha da sərtləşir. Hökumətin axır vaxtlar birbaşa və yaxud da dolayı yolla həyata keçirdiyi cinayətlər, hansıların ki, üstləri açılmır, bu cinayətlərlə biz görürük ki, Azərbaycan çox qaranlıq bir dövrə gedir. Və bu qaranlıq dövr hətta qətllərə qədər gedə bilər, hansı ki, bu Azərbaycanda əvvəllər baş verib. Bu səbəblərdən bura jurnalistlərin, ictimai fəalların, siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin təqiblərə, təzyiqlərə, hədələrə məruz qalmaqlarından söhbət gedir. Bu məsələlərə görə, biz qərar verdik ki, hökumətə vətəndaş cəmiyyətindən, mediadan, jurnalistlərdən, ictimai fəallardan ciddi reaksiya gəlməlidir. Bu baş verməsə Azərbaycan daha da qaranlıq bir dövrə gedəcək."

“Yaşamaq bizim ən təməl hüququmuzdur”

Nərmin Şahmarzadə: “Yaşamaq bizim ən təməl hüququmuzdur”
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Nərmin Şahmarzadə, feminist fəal: "Bu hadisə, Aytən Məmmədovanın başına gətirilən məsələ nə ilkdir, nə də güman edirik ki, son olacaq. Aytən Məmmədovanın başına gətirilənin sıravi bir vətəndaşın fərdi təşəbbüsü kimi düşünmürük. Hesab edirik, və burada bir sıra faktlar da bunu deməyə əsas verir ki, bu sifarişdir. Və bu sifariş onun öz fəaliyyətini icra etməsinə görədir. İctimai-siyasi fəalların, jurnalistlərin, vəkillərin başına bu tipli məsələlərin gəlməsini biz xeyli müşahidə eləmişik. Yəni bu, dəfələrlə təkrarlanıb. Və bununla da dövlət istəyir ki, onları öz müstəqil fəaliyyətlərindən, peşə fəaliyyətlərini icra etməkdən çəkindirsin. Bu şəkildə onları susdurmağa çalışırlar. Yəni, hesab edirəm ki, heç bir insan, heç bir vətəndaş öz peşə fəaliyyətini icra edərkən, yaşamaq hüququnun əlindən alınması, işgəncə görməmək hüququnun əlindən alınması ilə sınanmamalıdır. Və ən əsası bunu edən dövlət olmamalıdır. Yəni biz, yaşamaq üçün bu şəkildə mübarizə aparmalı deyilik. Yaşamaq bizim ən təməl hüququmuzdur."

“Dövlət insanın yaşamaq haqqını təmin etməlidir”

Elmir Abbasov: “Dövlət insanın yaşamaq haqqını təmin etməlidir”
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Elmir Abbasov, Nida Hərəkatının İdarə Heyəti üzvü: "Vətəndaşların hər-hansısa bir problemi baş verəndə, dövlət qurumları buna etinasız yanaşırlar. Problemlər sanki ictimailəşməsə əgər, o problemlər həll olunmur. Bu problemlərin işıqlandırılmasında da əsas rolu siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər rol oynayır. Təəssüflər olsun ki, son bir ildə adını sadaladığımız bu peşənin sahibləri adını sadaladığımız bu peşənin sahiblərinin həyatı təhlükəsi yaranıb. Onlar ya küçələrdən oğurlanır, ya təhdid olunur, ya işgəncə verilir, ya həbs edilir. Problemlərimizi əslində səsləndirən bu şəxslərin bu səfər özlərinin problemləri var. Yaşamaqla bağlı artıq problemləri var. Hər bir insanın yaşamaq haqqını da dövlət təmin etməlidir. Təəsüflər olsun ki, bunu dövlət təmin etmir."

“Seçim etməli idik: dubinka, yoxsa məzar? Dubinkanı seçdik”

İlkin Rüstəmzadə: “Seçim etməli idik: dubinka, yoxsa məzar? Dubinkanı seçdik”
please wait

No media source currently available

0:00 0:01:02 0:00

İlkin Rüstəmzadə, ictimai fəal: "Bildiyimiz kimi Azərbaycanda son dönəmlərdə ictimai-siyasi fəallara qarşı, jurnalistlərə qarşı kütləvi zorakılıq halları var. Və bu kütləvi zorakılıq halları araşdırılmır. Bu da artıq bizlərdə bir düşüncə yaradır ki, bu, dövlət tərəfindən edilən bir şeydir. Və, son dönəmlərdə bunun artan tendensiya ilə gedməsi bizlərdə bir əminlik yaratdı ki, artıq bundan sonra ölkədə siyasi qəttlər olacaq. Və, biz, özümüzün və ya dostlarımızın küçədə güllələnməsinin qarşısını almaq üçün, gecə evə getdiyimiz yerdə blokda öldürülməyimizin qarşısını almaq üçün bu tendensiyanın dayandırılmalı olduğunu düşündük. Artıq biz gördük ki, Aytən xanımla bağlı baş verən sonuncu hadisədən sonra da gördük ki, artıq hərəkətə keçməsək, dostlarımızın dəfnlərinə gələsi olacayıq və ya özümüz öləcəyik, həyatımızı itirəcəyik. Seçim etməli idik: dubinka yoxsa məzar? Dubinkanı seçdik."

“Dözülməz və yaşanılmaz bir mühit formalaşdırılıb”

Rüstəm İsmayılbəyli: “Dözülməz və yaşanılmaz bir mühit formalaşdırılıb”
please wait

No media source currently available

0:00 0:01:01 0:00

Rüstəm İsmayılbəyli, ictimai fəal: "Getdikcə artan bir xətt üzrə daha aqressiv, daha zorakı bir dövlət aparatı ilə qarşı-qarşıyayıq. Azərbaycanda ictimai-siyasi fəallar üçün, vətəndaş cəmiyyəti və media nümayəndələri üçün daha dözülməz və daha yaşanılmaz bir mühit formalaşdırılıb. Biz də 14 may 2022-ci il tarixində bu aksiyanı təyin etdik ki, Azərbaycanda getdikcə artan zorakılıq xəttinə qarşı bir etiraz yürüşü keçirdək və bu yürüşdə biz göstərək ki, vətəndaş cəmiyyəti, media nümayəndələri hələ də öz işlərini görmək istəyirlər, yaşamaq istəyirlər. Öz işlərini gördükləri üçün, Azərbaycanda baş verənləri işıqlandırdıqları üçün, Azərbaycanda daha hüquqi, daha yaşanılası bir ölkə yaratmaq cəhdlərinə görə təqibə məruz qalmaq istəmirlər və rahat formada fəaliyyətlərinə davam etmək istəyirlər. Biz düşünürük ki, heç bir ölkədə, o cümlədən Azərbaycanda, öz ölkəmizdə bu cür şeylər olmamalıdır. Vətəndaş cəmiyyəti, media azad formada, sərbəst formada, heç nədən qorxmadan, heç bir təzyiq, təhdid hiss etmədən öz fəaliyyətini göstərə bilməlidir."

“Susqunluğu ortadan qaldırmaqda gərək var”

Fatimə Mövlamlı: “Susqunluğu ortadan qaldırmaqda gərək var”
please wait

No media source currently available

0:00 0:00:57 0:00

Fatimə Mövlamlı, reportyor: "Hökumətin müxalifləri ilə belə bir ünsiyyəti var. Tutaq ki, məni həbs edirlər, qeyri-qanuni saxlayırlar polis bölməsində... Mən çıxıb bunu ictimailəşdirmirəmsə, mən haqqımı, hüququmu tələb etmirəmsə, onlar növbəti dəfə mənim üzərində daha ürəklə gəlirlər, daha möhkəm gəlirlər. Bu hadisələr də, bir dəfə Bəxtiyarı [Hacıyev] tutdular, bir dəfə Tofiq Yaqublunu döydülər... və cəmiyyətdə susqunluq yarandı deyə, artıq iş o yerə gəlib çatıb ki, Aytən Məmmədovanın boğazına bıçaq dirədilər. Bax bu susqunluğu ortadan qaldırmaqda gərək var. Aksiya etməkdə məqsəd də budur. Ki, susqunluq yoxa çıxsın, artıq hökumət başa düşsün ki, geri addım atılmalıdır. Biz 14 may, Fəvvarələr Meydanında var gücümüzlə repressiyanın üzünə deyər ki, bəsdir, qurtaraq bu komediyanı."

“Hər kəs ədalətsiz sistemin qurbanıdır”

Rüfət Səfərov: “Hər kəs ədalətsiz sistemin qurbanıdır”
please wait

No media source currently available

0:00 0:01:02 0:00

Rüfət Səfərov, "Müdafiə xətti" təşkilatı: "Ölkədə rəsmi siyasətə qarşı çıxan tənqidçilərə zorakılıq meyilləri dərinləşib. Son 3-4 ay ərzində Azərbaycanda tanınmış ictimai-siyasi fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı hakimiyyət şəhərin mərkəzində aşkar cinayətlər törədib. Bir az da konkretləşdirsək, hakimiyyətin hüquq-mühafizə orqanlarına bağlı olan mafioz qruplardan söhbət gedir. Hazırki ədalətsiz və qeyri-bərabər hakim siyasətdən əziyyət çəkən insanları dəvət edirik ki, gəlsinlər birgə, bərabər ədalət tələb edək. Çünki bizi birləşdirən ümumi cəhət budur ki, ədalətsiz sistemdən inanclı şəxslər, solçular, sağçılar, ictimai fəallar, hüquq müdafiəçiləri, müxalif fəallar, liderlər, fərqi yoxdur ideologiyasından, əqidəsindən, inancından asılı olmayaraq ədalətsiz sistemin qurbanlarıdır."

XS
SM
MD
LG