Accessibility links

Gürcüstan əhalisi Rusiya vətəndaşlarının ölkəyə kütləvi axınına birmənalı yanaşmır

please wait

No media source currently available

0:00 0:06:17 0:00

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı təxribatsız hücumu Rusiyanın beynəlxalq arenada kütləvi qınanmasına səbəb oldu. 33 ölkə, o cümlədən Avropa İttifaqına üzv bütün 27 ölkə öz hava məkanını Rusiya aviadaşıyıcıları üçün bağladı. Martın 6-dan isə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri dayandırılsa da, mart ayının 21-dən Aeroflot Bakı-Moskva-Bakı reyslərini bərpa edib. Rusiya əhalisinin səyahət edə biləcəyi az ölkələr siyahısında yaxın Gürcüstan da var. Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışında 24 fevral 16 mart tarixləri arasında Gürcüstan ərazisinə 30.400 Rusiya vətəndaşının gəldiyini və onlardan 17.800-nün artıq ölkəni tərk etdiyini bildirib. Lakin Gürcüstan vətəndaşlarının baş verənlərə reaksiyası bir mənalı deyil. Qısa zamanda həm sosial şəbəkələrdə həm də real kommunikasiyada rusların ölkəyə gəlişini boykot edənlər az olmadı.

XS
SM
MD
LG