Təşkilat öhdəliklərin yerinə yetirilməsinin durumu ilə bağlı hesabat yayıb
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda prezident seçkiləri ərəfəsində və ölkənin Avropa Şurasının sədrliyinə başlamasına səkkiz ay qalmış hökumətin mülki və siyasi hüquqları məhdudlaşdırmasından, bununla da Avropa Şurası qarşısındakı öhdəliklərə əməl olunmasında ciddi uğursuzluğun baş verməsindən narahatlığını ifadə edir.
“222 saylı rəy: Azərbaycanın Avropa Şurası qarşısında fundamental azadlıqlarla bağlı götürdüyü öhdəliklərin yerinə yetirilməsi” adlı yeni hesabatında təşkilat Azərbaycanda fundamental ifadə, birləşmə və sərbəst toplaşmaq azadlıqları ilə bağlı acınacaqlı durumdan dolayı həyəcan təbili çalır. Hesabat Kopenhagendə yerləşən qeyri-hökumət təşkilatı - Beynəlxalq Mediaya Dəstək (International Media Support və ya IMS) təşkilatının dəstəyi ilə hazırlanıb.
“Səkkiz aydan sonra Azərbaycan Avropanın rəsmi insan hüquqlarını müdafiə qurumuna sədrlik edəcək. Avropa Şurası onun adından kimin danışacağı məsələsinə diqqətlə yanaşmalıdır. Biz demirik ki, Şura Azərbaycanın sədrliyindən imtina etsin, bizim istəyimiz odur ki, o, insan hüquqları ilə bağlı öhdəliklərin icrası məsələsində daha sərt xətt tutsun. Əgər üzv dövlətlər açıq-aşkar pozuntulara rəğmən heç bir məsuliyyət daşımırlarsa, Avropa Şurasının qaydalarına və müqavilələrinə əməl etmirlərsə, insan hüquqları öz aktuallığını itirir”, - RATİ-nin direktoru Emin Hüseynov bildirib.
Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri ölkədə tənqidi fikirləri səsləndirmək üçün məkan getdikcə daha da məhdudlaşır. Hüquq müdafiəçiləri, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, siyasi müxalifətin üzvləri, fəallar və sadə vətəndaşlar hakim rejimin fundamental hüquqlara və azadlıqlara qarşı təzyiqlərinin qurbanı olublar.
Beləliklə, RATİ Avropa Şurasını, həmçinin ona üzv olan ayrı-ayrı dövlətləri Azərbaycanda insan hüquqları ilə bağlı böhranlı duruma laqeyd yanaşmamağa və ölkədə fundamental insan hüquqları və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır.
Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq Azərbaycanda demokratik azadlıqların təmin edildiyini bildirir. Ölkədə insan hüquq və azadlıqlarının dərinləşdirilməsi ilə bağlı hökumətin proqramı qəbul edilib.
Eyni zamanda, müstəqil ekspertlər sənədlərdə nəzərdə tutulanların real həyatda reallaşdırılmamasından narahatlıq ifadə edir.