Accessibility links

Seçki dövründə media etikası və Xədicə İsmayılın hüquqları


“Seçki prosesində media etikası” mövzusunda konfrans
“Seçki prosesində media etikası” mövzusunda konfrans

Səfir Morninqstar Xədicə İsmayıla qarşı təzyqilərə son qoyulmasını istəyir

Sentyabrın 18-də İREX təşkilatı Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Seçki prosesində media etikası” mövzusunda konfrans keçirib.

Konfransın məqsədi seçki zamanı qısamüddətli təşviqat müddətində jurnalistlərin keyfiyyətli şəkildə seçki prosesini işıqlandırmalarına yardım etməkdir.

Forumda seçkilər zamanı peşə etikası və standartlar mövzusunda müxtəlif media qurumlarının rəhbərlərinin, jurnalistlərin, QHT rəhbərlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin və mütəxəssislərin fikrirləi dinlənilib. Qarşılıqlı çıxışlar olub. Bununla yanaşı, konfransın açılşında əsasən Xədicə İsmayıla qarşı son təzyiqlərdən danışılıb.

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Azərbaycanda media azadlığını dəstəklədiyini dəfələrlə bəyan etdiyini xatırladıb.

“Azad media həm əhalini maarifləndirir, həm də hökuməti məsuliyətli edir”.

Düzgün informasiya axını üçün peşəkarlıq və etik məsuliyyət vacibdir.
Onun fikrincə, seçki dövründə azad media daha vacibdir. Yönümündən asılı olmayaraq Azərbaycanda bir çox mediada məlumatların dəqiq və ədalətli çatdırılmasında problemlər var. Düzgün informasiya axını üçün peşəkarlıq və etik məsuliyyət vacibdir.

“Bəzi media qurumları dedi-qodu, sipekulyasiya üzrərində qurulmuş faktlara daha çox üstünlük verir. Elə faktlar, sitatlar yazırlar ki, tam yalandır. Mən bir dəfə öz ofisimdə oturmuşdum, Yazmışdılar ki, Amerika səfiri Vaşinqtona çağırılıb. Bütün mediaya çağırış edirəm ki, dəqiq informasiya axınınını təmin etmək üçün dəyişiklik etsinlər”.

Onun fikrincə, bəzən çox cəsur jurnalistlər də olur. Onlar beynəlxalq standartlara uyğun məqalələr dərc edir və təzyiqlərə məruz qalır.

“Xədicə İsmayıla qarşı aparılan qara piar kampaniyası narahatlıq yaradır. Heç bir insana belə yanaşılmamalıdır. Bu Azərbaycanın dəyərlərinə xələl gətirir”, o qeyd edib.

Xədicə İsmayıla qarşı aparılan qara piar kampaniyası narahatlıq yaradır.
Onun fikrincə, Azərbaycan mediasının 19-cu əsrdə çox uğurlu inkişafı və ənənəsi olub.

“ABŞ Azərbaycanın daha da uğurlu mövqedə olmasını istəyir. Azad media və uğurlu jurnalistlər Azərbaycanın inkişafında çox vacibdir”, səfir deyib.

Xədicə İsmayıla qarşı son zamanlar aparılan qara piar kampaniyası konfransda xeyli suallar doğurub.

Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, Xədicə İsmayılı müdafiə bəyanatları səsləndirildikdən sonra ona qarşı təzyiqlər daha da güclənir.

“Müdafiə bəyanatlarını dayandırın təzyiqlər də dayansın”, o qeyd edib.

Bu zaman Xalq Cəbhəsi qəzetinin baş redaktour Elçin Miqrəzəbəyli əks arqumentdən çıxış edib və X.İsmayılın eks-prezident Elçibəy xəstə olarkən ona qarşı jurnalist etikasından kənar yazı dərc etdiyini diqqətə çatdırıb.

Səfir Morninqtar hər kəsin cavab huqunun tanındığını xatırladıb və Economiks qəzetinə Azərbaycan məmurunun cavabını misal çəkib.

“Məqalə və cavabla razılaşmamaq olar. Ancaq, əgər müdafiə bəyanatları jurnalistə qarşı hücumları gücləndirirsə, bu vaxt hökumət və vətəndaş cəmiyyəti jurnalstin müdafiəsinə qalxmalıdır. Heç bir jurnalist Xədicə İsmayıla qarşı edilənlərə məruz qalmamalıdır. Bunlar Azərbaycanın maraqlarına ziddir. Xədicə İsmayıl barədə internetdə yayılanlar yalandır və qəbul edilməzdir. Gərək bununla barışmayaq, buna qarşı səsimizi ucaldaq”, o qeyd edib.

Amaşovun diqqətinə neçə aylardır qara piarla məşğul olan, insanları və prezidentliyə namizədləri aşağılayan İctimaipalatka.az saytı çatdırlıb.
Mətbuat Şiurasının sədri ölkədə mətbuat zazadflığının olduğunu, vətəndaşların firkirlərini ictimaiyyətin diqqətinə çatdırmaq üçün imkanlara malik olduğunu deyib. Onun firkrincə, medianın əsas problemi iqtisadi cəhətdən zəif olması və reklama əl çatımlılığın olmamasıdır.

Amaşov konstitusiyaya gizli çəkilişləri qadağan edən bənd əlavə edildikdən sonra vəziyyətdən çıxış kimi “Jurnalistlərin davranış qaydaları”na ictimai əhəmiyyət kəsb etdikdə gizli çəkilişlər aparaılması barədə bənd əlavə edildiyini deyib.

Onun sözlərinə görə, seçki dövründə Mətbuat Şurasında qaynar xətt fəaliyyət göstərir və qara piara qarşı mübarizə məqsədi ilə monitorinqlər keçiriləcək.

Bu zaman jurnalistlər onun diqqətinə çatdırıb ki,vətnədaşların vergisi hesabəına maliyyələşən rəsmi Azərbaycan qəzeti belə “Juranlistlərin davranış qaydaları”na əməl etmir. Qəzet müxalifətin əleyhinə məqalə dərc edir, amma qarşı tərəfin mövqeyini öyrənmir və dərc etmir.

“Azərbaycan” qəzetinin redaktoru həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

Qara piar məsləsinə gəlincə, Amaşovun diqqətinə neçə aylardır qara piarla məşğul olan, insanları və prezidentliyə namizədləri aşağılayan İctimaipalatka.az saytı çatdırlıb.

“Bu sayta Sizin montiorinqə aid deyil?”, deyə Mətbuat Şurasının sədrindən sual ediblər.

Hökumətə müxalif olmaq heç də dövlətə düşmən olmaqq demək deyildir.
Amaşov yaxın zamanda ”Diffamasiya haqqında” qanun qəbul ediləcəyini də bildirib.

Müzakirələrdə iştirak edən beynməlxalq ekspertlər medianın, hətta rəsmi medianının hökuməti tənqid etməsinin vacib olduğnu diqqətə çatdırıb.

“Hökumətə müxalif olmaq heç də dövlətə düşmən olmaqq demək deyildir. BBC İngiltərənin rəsmi mediasıdır, amma hökuməti tənqid edir”, Böyük Britaniyanın media və siyasət üzrə professoru İvor Qaber qeyd edib.

O hesab edir ki, meda azadlığını təmin etmək üçün həm mükəmməl qanunvericilik, həm də siyasi iradə olmalıdır.

“Bir qədər öncə Stalin konstitusiyasına baxdım. Bu konstitusiyanın 135-ci maddəsində azadlıqlara təminat verilir”, o bildirib.
XS
SM
MD
LG