Accessibility links

Konqresin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr [Çıxışlar & Müsahibələr]


Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrdən sonra müsahibələr
please wait

No media source currently available

0:00 0:08:06 0:00

Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrdən sonra müsahibələr

ABŞ Konqresinin Helsinki Komissiyasında "Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm" mövuzunda dinləmə keçirilir

ABŞ Konqresinin Helsinki Komissiyasında “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm” mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə ABŞ və Azərbaycan rəsmiləri, ekspertlər və Azərbaycan müxalifətinin nümayəndələri iştirak edib.

Dinləmələrin açılışında danışan Dövlət Departamentinin nümayəndəsi Pol Karter Azadlıq radiosunun peyk vasitəsilə yayım siqnalına müdaxilə edildiyini qeyd edib.

Rüstəm İbrahimbəyovun namizədliyi dinləmələrdə əsas müzakirə mövzusu oldu
Rüstəm İbrahimbəyovun namizədliyi dinləmələrdə əsas müzakirə mövzusu oldu
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan haqları və Əmək bölməsində Dövlət Katibinin yardımçısı Tomas Melia Azərbaycanda vəkillərə təzyizlərə son qoyulmasına və siyasi məhbusların azad edilməsinə çağırıb. O, qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçməsi ilə bağlı problemləri qeyd edərək, buna son qoyulması və siyasi partiyalara təzyiqlərin dayandırılmasının əhəmiyyətini vurğulayıb. Dövlət Departamentinin rəsmisi söz və toplaşmaq azadlıqlarına riayət edilməsinin oktyabr ayında prezident seçkiləri üçün olduqca böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tomas Melia REAL hərəkatının lideri İlqar Məmmədovun həbsinə toxunaraq, onun azadlığa buraxılmasına çağırıb. O, Azərbaycanda plüralizmin və vətəndaş cəmiyyəti ilə dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışının sonunda Tomas Melia ABŞ-ın Azəbaycandakı səfiri Riçard Morniqstarın Azadlıq radiosunun yayım siqnalına müdaxilə ilə bağlı bəyanatına toxunaraq, müdaxiləyə son qoymağa çağırıb. Sözlərini azərbaycanca bitirən Tomas Melia ABŞ və Azərbaycan arasında dost münasibətlərə işarə edərək, “Dost pərdəsiz danışar”-ifadəsinə istinad edib.

Siyasi məhbuslar - İlqar Məmmədov və Tofiq Yaqublu
Siyasi məhbuslar - İlqar Məmmədov və Tofiq Yaqublu
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın ABŞ-la tərəfdaşlığa yüsək qiymət verdiyini bidirib O, Azərbaycanın regionda tolerantlıqda başqa ölkələrə örnək ola bildiyini deyib. Səfir “amma görüləsi işlər çoxdur” deyərək, Azərbaycan qarşısında ən əsas problem olaraq torpaqların işğal altında olmasını vurğulayıb. Elin Süleymanov Azərbaycanda bir milyon insanın do\ma yurdlarından didərgin salındığını qeyd edib.

Elin Süleymanov Azərbaycanda media sahəsində vəziyyətdən danışaraq, ölkədə beş mindən çox media orqanının fəaliyyət göstərdiyini bildirib. Səfir ölkədə internet azadlığının təmin olunduğunu və müdaxilənin olmadığını deyib.

Elin Süleymanov beynəlxalq Transparency International təşkilatının Azərbaycanda korrupsiyanın azaldığını qeyd etdiyini önə çəkib və Azərbaycanda insanların rifah halının artdığını bildirib.

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasını təmsil etdiyini deyən Eldar Namazov Azərbaycanda hazırkı siyasi durumdan və müxalifətin planlarından danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri seçkilərdə qalib gəldiyi halda, Azərbaycanda keçid dövrü elan ediləcək və iki il müddətində hüquqi islahatlar aparılacaq.

Brifinqdə N!daçıların kütləvi həbslərindən danışıldı
Brifinqdə N!daçıların kütləvi həbslərindən danışıldı
Eldar Hamazov Helsinki Komissiyasına NİDA Gənclər Hərəkatının zindandan yazılan məktubunu təqdim edəcəyini bildirib.

O, Milli Şuranın 129 üzvündən 12-nin həbsdə olduğunu vurğulayıb.

Eldar Namazov bildirib ki, Azərbaycanda demokratik seçkilər keçirilməsə, ölkədə bütün regiona təsiri olacaq ictimai partlayışlar baş verə bilər. O, Azərbaycanda insan hüquqlarını pozan rəsmilərə qarşı Maqnitski aktına uyğun sanksiyaların tətbiq edilməsinə çağırıb. Eldar Namazov çıxışını “Azərbaycanda demokratik dəyişikliklər labüddür, - təkcə Azərbaycan xalqı üçün deyil, ölkənin təhlükəsizliyi və sabitliyi üçün. ABŞ bu demokratik keçidin labüd olduğunu eyni dərəcədə dərk edir” sözlərilə bitirib.

Azərbaycan Milli Məclisinin deputatı Səməd Seyidov Helsinki Komissiyasında dinləmələrin “Problemli tərəfdaş” adı altında keçirilməsinə etirazını bildirib. O, Azərbaycanda insan haqları məsələsini Dağlıq Qarabağ münaqişəsini müzakirə etmədən mümkün olmadığını deyib. Səməd Seyidov Azərbaycanı bu gün regionda qərib dəyərlərinə ən çox hörmət edən ölkə adlandırıb. Millət vəkili Azərbacanın 20 il müstəqil olduğu halda, ABŞ 237 ildir müstəqil olduğunu deyib.

Azərbaycan rəsmiləri Dağlıq Qarabağ problemini önə çəkdilər
Azərbaycan rəsmiləri Dağlıq Qarabağ problemini önə çəkdilər
REAL hərəkatının nümayəndəsi Erkin Qədirli dinləmələrdə Azərbaycanın həm hökumət, həm də müxalifətini təmsil edən nümayəndələrin bərabər iştirakına işarə edərək, Azərbaycanın özündə belə müzakirə aparmaq imkanının çox nadir olduğunu qeyd edib.

Erkin Qədirli Azərbaycanın demokratik keçmişindən danışaraq, ABŞ prezidenti Vudro Vulsonun Azərbaycan Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşünü xatırladıb. O, Azərbaycan Demokratik Respublkasının mövcud olduğu 2 il ərzində ideyalar ixrac etdiyini, milli dövlətçilik ənənəsi yarada bildiyini vurğulayıb. Azərbaycanın bugünkü hakimiyyətinə gəlincə, Erkin Qədirli cəmiyyətin 1969-cu ildən bəri qısa fasilələrlə bir ailə tərəfindən idarə edildiyini deyib. O, hakimiyyətdə olan elitanın əlində böyük miqdarda maliyyənin cəmləşdiyi haqda məlumatlar verildiyini bildirib və bunu ölkə qarşısında ən böyük sınaq adlandırıb.

Erkin Qədirli təmsil etdiyi müxalifət qrupun lideri İlqar Məmmədovun həbsdə olduğunu bildirib. O, İlqar Məmmədovun baxışlarına görə, avro-atlantik inteqrasiya, respublika ideallarını təşviq etidyinə görə həbs edildiyini deyib. Erkin Qədirli REAL Hərəkatının Azərbaycanda parlament respublikası qurmaq istədiyini bildirib.

Milli Şura
Milli Şura
Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy son bir neçə ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini qeyd edib. Miriam Lanskoy Human Rights Watch təşkilatının hesabatında diqqət çəkərək, burada 2013-cü ildə Tofiq Yaqublu və İlqar Məmmədovun saxta ittihamlarla həbsdə olduğunu deyib. O, hökumətin media üzərində nəzarəti gücləndirməyə çalışdığını, Azadlıq Radiosunun siqnallarının Azərbaycan hökuməti tərəfindən vurulduğunu bildirib.

Miriam Lanskoy Azərbaycanın demokratik qüvvələrinin, ölkənin ziyalıları və aparıcı müxalifət nümayəndələrinin daxil olduğu Milli Şuranın yaradılmasını müsbət hal kimi qiymətləndirib.

ABŞ Konqresinin Helsinki Komissiyasında “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm” mövzusunda dinləmələrdən sonra sual-cavab hissədə Milli Şuranın təmsilçisi Eldar Namazov, REAL hərəkatının nümayəndəsi Erkin Qədirli, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan haqları və Əmək bölməsində Dövlət Katibinin yardımçısı Tomas Melia, Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan parlamentinin üzvü Səməd Seyidov auditoriyadan verilən sualları cavablandırıblar.

Dövlət Departamentinin baş müşaviri Pol Karter Azərbaycan hökumətinin Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasına və seçkilərdə iştirak etməsinə icazə verib-verməyəcəyi sualını verdi.

Səfir Elin Süleymanov Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu, Azərbaycan seçkilərində yalnız Azərbaycan vətəndaşları iştirak edə bildiyini və Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının tələblərinə cavab verməli olduğunu bildirib.

Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa müxalifət müqavimət göstərəcək. Hökumət seçkilərdə öz opponentini müəyyən edə bilməz.
Eldar Namazov
Milli Şuranın nümayəndəsi Eldar Namazov Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsinə aydınlıq gətirmək istədiyini deyərək, onun namizədliyini qeydə almaq üçün heç bir hüquq maneə olmadığını bildirib. Eldar Namazov hələ Milli Şuranın vahid namizədi olmadığı vaxtda belə Azərbaycana gəlmək istəyəndə Rüstəm İbrahimbəyovun iki dəfə problemlə qarşılaşdığını deyib.

“Hələ seçkilər başlamamış hökumət rəsmiləri deyirlər ki, İbrahimbəyovu qeydə almaq olmaz. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa müxalifət müqavimət göstərəcək. Hökumət seçkilərdə öz opponentini müəyyən edə bilməz” - deyə Eldar Namazov bildirib.

Eldar Namazov hökumətin Milli Şuranı xarici ölkələrin maraqlarını təmsil edən qrup kimi təmsil etməyə çalışdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskva və Tehrana səfərləri zamanı Milli Şuranı Qərbin layihəsi adlandırıb.

REAL hərəkatının nümayəndəsi Erkin Qədirli İlham Əliyevin iki dönəmdən artıq prezident olmaq istəyi ilə and içdiyi Konstitutsiyanı pozduğunu bildirib.

Milli Məclisin üzvü Səməd Seyidovun sözlərinə görə isə konstitutsiya açıq şəkildə deyir ki, ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyov namizəd ola bilməz.

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan haqları və Əmək bölməsində Dövlət Katibinin yardımçısı Tomas Melia Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağıraraq, insanlara azadlıqlar və seçim hüququ verilməli olduğunu vurğulayıb.

Azərbaycan bir zaman Gürcüstanla eyni pillədə dayanırdı, indi isə fərq xeyli böyükdür. Azərbaycanın göstəriciləri daha çox Özbəkistanınkılara bənzəyir
Dr. Miriam Lanskoy
Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy deyib ki, Azərbaycanda müxalifəti xarici qüvvələrin əlaltısı kimi təsvir etmək düzgün deyil, bunu avtoritar rejimlər edir.

“İlqar Məmmədov Rusiyanın agenti deyil” - o bildirib.

Miriam Lanskoyun sözlərinə görə, Azərbaycan bir zaman Gürcüstanla eyni pillədə dayanırdı, indi isə fərq xeyli böyükdür.
“Azərbaycanın göstəriciləri daha çox Özbəkistanınkılara bənzəyir,” deyə o fikrini tamamlayıb.

Erkin Qədirli Azərbaycan hökumətinin ideologiyasının, hökumət və xalq arasında dialoq dilinin köhnəldiyini qeyd etdi.

Dövlət Departamentinin baş müşaviri Pol Karter Azərbaycanın yol ayrıcında olduğunu deyərək, Azərbaycanın demokratiya və avtoritarizm arasında seçim etməli olduğunu bildirib.

“Azərbaycan xalqı şəffaf şəkildə, qanunun aliliyinin təmin olduğu şəraitdə idarə olunmalıdır, bir qrupun adamın marağı naminə yox”, - deyə o bildirib.
XS
SM
MD
LG