Accessibility links

Tənqidi saytlara haker hücumları olub


 Haker hücumu
Haker hücumu

Azadlıq və İRFS-nin saytları genişmiqyaslı haker hücumuna məruz qalıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin saytına yönəlmiş haker hücumlarını qətiyyətlə pisləyir.

RATİ-nin yaydığı bəyanatda deyilir ki, bu ilkin oktyabrında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda ifadə azadlığına basqılar artır .

“Son bir həftə fasiləsiz olaraq “Azadlıq” qəzeti və RATİ-nin saytına “xidmətdən imtina” (DDoS) hücumları həyata keçirilib. Hakerler genişmiqyaslı dost hücumları hesab edilən Layer 7, UDP, SYN floodings, and DNS reflection hücumlarından istifadə edib”.

RATİ-nin kibertəhlükəsizlik üzrə komandasının məlumatına görə, hakerler adı çəkilən saytları və onların yerləşdiyi DNS severləri sıradan çıxarmağa çalışıblar. Onlar öz ünvanlarını gizlətmək üçün hücumları 3-cü tərəfə aid kompüterdən istifadə etməklə həyata keçiriblər.

“Azadlıq” qəzetinin rəhbərliyinin məlumatına görə, qəzetə edilən hücumların araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət edilib, ancaq qurum konkret bir tədbir görməyib.

RATİ eyni zamanda hökuməti Azərbaycanın tənqidi İnternet saytlarına yönəlmiş bütün kiber hücumları araşdırmağa və bu hücumlara görə məsul olan şəxslər barədə qanuni ölçülər götürməyə çağırıb.

“Azadlıq” qəzetinin saytına avqustun 13-dən başlayan haker hücumları davam edir. Hücumlar avqustun 18-i və 19-da da təkrarlanıb. Son hücumlar birbaşa saytın serverinə yox, onun yerləşdiyi şirkətin DNS serverinə olub. Bundan başqa "azadlıq.info" ilə eyni şirkətdə yerləşən "irfs.info"nun fəaliyyəti dayanıb.

Məqsəd şirkətin işini iflic etmək, bununla da “Azadlıq”ın saytına xidməti dayandırmaqdır.

Qəzet həmçinin hücumların təşkil edildiyi İP-lər arasında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid strukturlardan birinə məxsus İP-lərin olduğunu da xatırladıb.

Qəzet həmçinin internet resursları olan”Azərbaycan saatı”nın da sıradan çıxarılmasından narahatdır. Belə ki, burara söhbət “Azərbaycan saatı” televiziya proqramının yayımına mane olmaq üçün “Türksat”ın siqnallarını vurmaqdan gedir.
Məsələ, ilə bağlı rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG