Komissar Azərbaycanda rəsmi şəxslər və vətəndaş cəmiyyətlərinin rəhbərləri ilə görüşəcək
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks mayın 21-də Azərbaycana gəlir.
Mujnieksin rəsmi görüşləri mayın 22-də başlayacaq. Çərşənbə günü o, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
Səfər proqramında Prezident Administrasiyasında, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində rəsmi şəxslərlə, ombudsmanla, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşlər var.
Turan agentliyi bildirir ki, mayın 25-də başa çatacaq səfər çərçivəsində Mujnieks İsmayıllı rayonuna səfər edəcək, orada yerli vətəndaş cəmiyyəti fəalları ilə görüşəcək.