Accessibility links

Hillari Klinton: ABŞ Azərbaycanda jurnalistlərin və etiraz yürüşlərinin iştirakçılarının azad olunmasına çağırıb


Azərbaycan xarici işlər naziri insan hüquqları və demokratiya ilə bağlı üçün çox işlər görüldüyünü və bu tədbirlərin öz nəticəsini verəcəyini bildirib.

Bu gün Azərbaycan rəhbərliyi ilə danışıqların mövzularından biri insan hüquqları və demokratiya məsələləri olub. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“ABŞ hər zaman Azərbaycanda jurnalistlərin və etiraz yürüşlərinin iştirakçılarının azad olunmasına çağırıb. Mən fəallardan birinin - Bəxtiyar Hacıyevin həbsdən buraxılmasından razıyam və bu gün onunla görüşdüm”.

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dövlət Departamentinin Azərbaycanda insan haqları məsələsi ilə bağlı tənqidini şərh edərək deyib ki, mövcud problemlər bir gecədə həll olunmur. “Bu məsələlərin həlli üçün çox işlər görülür və həyata keçirilən tədbirlər öz nəticəsini verəcək”.

XS
SM
MD
LG