Accessibility links

Amerikanın Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı müzakirəsi


ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia dövlət rəsmiləri, diplomatlar, siyasi partiya rəhbərləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşür

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia Azərbaycanda iki günlük səfərdədir.

O aprelin 17-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqına üzv dövlətlərin Bakıda akkreditə olunmuş səfirliklərinin təmsilçiləri və Azərbaycanın siyasi partiya rəhbərləri ilə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyevin Tomas Melia ilə görüşündə ABŞ Beynəlxalq İnkişaf Agentliyi Adminstratorunun Avropa və Avrasiya üzrə müşaviri Aleksander Peyci də iştirak edib.

Görüşlərdə regionda hadisələr, demokratiya, insan hüquqları və söz azadlığı məsələləri müzakirə olunub.

Melia ABŞ-ın yuxarıda qeyd edilmiş sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib və bu sahədə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Həmçinin Tomas Meliaya Qarabağ nizamlanması üzrə danışıqlarda vəziyyət barədə məlumat verilib.

Nazir Məmmədyarov danışıqlar prosesində ATƏT-in Minsk qrupunun fəallığının artırılmasının vacibliyini qeyd edib

Tomas Melia müxalifət partiyalarının rəhbərləri ilə görüşündə isə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, VİP sədri Əli Əliyev, “El” hərəkatının sədri Eldar Namazov və “REAL” hərəkatının təmsilçisi Erkin Qədirli iştirak edib.

Tərəflər Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkisi ilə bağlı ətraflı müzakirə aparıb.

ABŞ rəsmisinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşü də gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG