Accessibility links

Amerika dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir


ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia

Tomas Melia Azərbaycanda demokratiya və insan haqları sahəsində vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia gələn həftə Azərbaycana gələcək. Səfərdə məqsəd demokratiya və insan haqları sahəsində vəziyyətin müzakirəsidir. Bu barədə Turan agentliyi diplomatik mənbələrə istinadən məlum olub.

ABŞ səfirliyindən məlumatı təsdiqləyiblər, lakin səfər haqqında rəsmi məlumat yaymayıblar.

Sonuncu dəfə T.Melia Azərbaycana 2012-ci ilin dekabrında gəlib. Səfər zamanı o, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Dekabrın 11-də Bakıda keçirilən mətbuat konfransında Amerika administrasiyasının yüksək vəzifəli məmuru bildirib ki, “2013-cü ildə prezident seçkiləri keçiriləcək və biz hazırda demokratiya sahəsində öhdəliklərin necə yerinə yetirilməsini müşahidə edirik”.

O, Azərbaycanda söz, toplaşmaq, insan hüquqları və demokratiya sahəsində vəziyyətlə bağlı ABŞ hökumətinin narahatlığını bildirib.

Yerli və beynəlxalq təşkilatlarından göüründüyü kimiT.Melianın dekabr səfərindən sonra insan hüquq və azadlıqları ilə bağlı vəziyyət daha da pisləşib.

Bu ilin əvvəlindən vətəndaş cəmiyyətinin onlarla fəalı həbs olunub, siyasi azadlıqlar daha da məhdudlaşdırılıb, vətəndaşlar üzərində xüsusi xidmətlərin nəzarəti güclənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG