Energetika naziri mühüm enerji layihələrindən danışıb
Azərbaycan Respublikası Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək”. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, bu layihələr sırasına daxil olan “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcək. “Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir. Kəmərlə bağlı mühəndis işləri təhlil olunub, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilib, maliyyələşmə məsələsi həllini tapıb”.
Onun sözlərinə görə, mühüm layihələrdən biri də Trans-Anadolu kəmərinin (TANAP) tikintisidir. “Bu layihədə operator Azərbaycandır, ölkəmiz maliyyələşmənin əksəriyyətini öz üzərinə götürüb. Bu yaxınlarda İstanbulda olarkən TANAP layihəsi ilə bağlı bütün işlərlə məşğul olduq. Həm Azərbaycan, həm də Türkiyə hökuməti tərəfindən vaxtlı-vaxtında qərarlar qəbul edilir, köməkliklər göstərilir. Hansı çətinliklər varsa, operativ həll olunur. TANAP çox mürəkkəb layihədir, həm Türkiyənin ərazisində qurudan, həm də dənizdən kəmər keçəcək. Bunun üçün layihələr hazırlanıb. Boru və digər ləvazimatlarla bağlı artıq sifariş verilib, hazırlıq işləri görülüb. İnanıram ki, TANAP layihəsi vaxtında istifadəyə veriləcək”.
Energetika naziri Natiq Əliyev Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd edib. “Bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və 5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək”.
Nazir onu da bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsini həyata keçirmək üçün işçi qrupu yaradılıb və idxal, ixrac həcmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələr gedir, Azərbaycanda bu enerji dəhlizi ilə bağlı zəruri işlər həyata keçirilib, Gürcüstan və Türkiyədə isə bu istiqamətdə işlər aparılmaqdadır.
Nazir Rusiya-Azərbaycan-İran enerji dəhlizinin də yaradılacağını, bununla bağlı keçən il Volqoqradda Rusiya və Azərbaycan arasında müqavilə imzalandığını xatırladıb.