Mayın 6-da Tbilisidə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentlərinin İlham Əliyev, Giorgi Marqvelaşvili və Abdullah Gülün üçtərəfli sammiti keçirilib.
Sammiti prezident Giorgi Marqvelaşvili açıb. Sonra Prezident İlham Əliyev və Prezident Abdullah Gül çıxış edib.
APA agentliyinin məlumatına görə G.Marqvelaşvili ölkəsinin həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxın əlaqələrinin olduğunu deyib. “Bu günkü sammit siyasi və iqtisadi yükünə görə böyük əhəmiyyət daşıyır”, o qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, hər üç ölkə daim birgə səylər göstərir: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr üçün, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivədən çıxıb qlobal məna daşımaqdadır. Sammitin keçirilməsi özlüyündə çox əlamətdar hadisədir və burada müzakirə olunacaq məsələlər də mahiyyət etibarilə çox böyük məna daşıyır. Burada regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədə əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparacağıq. Birgə fəaliyyət planı haqqında danışacağıq”, dövlət başçısı deyib.
Abdulla Gül isə bəyan edib ki, Türkiyə bu tərəfdaşlıqdan və birlikdən məmnundur. O Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimini xatırladaraq deyib ki, bu da ölkə başçılarının birliyinin nəticəsidir: “İndi də müzakirə olunacaq məsələlər ətrafında eyni mövqedəyik və bu, bizi məmnun edir. Bu üç ölkənin birgə həyata keçirəcəyi önəmli layihələr var. Biz Qafqaz dağlarındakı səddi götürüb bir işbirliyi halına gətirdik. Üç ölkə olaraq siyasi anlamda mehriban qonşu və qardaşıq. İqtisadi anlamda da çox yaxın əlaqələr var”, o qeyd edib.