Accessibility links

Cəsur Sümərinli: Türkiyənin Xəzər regionuna dəstəyi artmalıdır [Video-Müsahibə]


Cəsur Sümərinli: Türkiyənin Xəzər regionuna dəstəyi artmalıdır
please wait

No media source currently available

0:00 0:04:37 0:00
Direct link

Cəsur Sümərinli: Türkiyənin Xəzər regionuna dəstəyi artmalıdır

"Doktrina" Hərbi Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsinə müsahibəsində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı, Rusiyanın Krımı işğalından sonra NATO-nun regionda rolu, Xəzər regionunda təhlükəsizlik məsələlərindən danışıb.

Onun sözlərinə görə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı rəsmən 1994-cü ildən başlanıb. “2010-cu ildə qarşılıqlı yardım haqqında sənəd imzalandıqdan sonra hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Amma çox təəssüf ki, hərbi əməkdaşlıq tərəflərin gözlədiyi yüksək səviyyəyə qalxmayıb. Buna baxmayaraq Türkiyə Azərbaycanın bir nömrəli hərbi tərəfdaşıdır. İstər ikitərəfli, istərsə də çoxtərəfli, həm də NATO əməkdaşlığı çərçivəsində Türkiyənin Azərbaycana hərbi dəstəyi həmişə böyük olub”.

Sümərinli bildirib ki, 2010-cu ildə imzalanmış qarşılıqlı yardım haqqında sazişdə əməkdaşlığın konkret istiqamətləri əksini tapıb. “Burada hərbi-texniki, hərbi-təhsil istiqaməti və birgə təlimlərin keçirilməsi ilə bağlı konkret bəndlər var. Buna baxmayaraq sazişin imzalanmasından 4 il keçməsinə baxmayaraq tərəflər yalnız qarşılıqlı səfərlər etməklə kifayətlənib. Ümid edirik ki, Türkiyənin yüksək səviyyəli hərbi rəhbərlərinin səfərindən sonra hərbi əməkdaşlıqda perspektivlər reallaşacaq”, o qeyd edib.

Rusiyanın Krımı işğalından sonra Türkiyənin Xəzər regionuna dəstəyi daha artacaq. “Bu dəstək xüsusilə aprelin 1-2-də Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən sonra daha da artıb. Çünki orada göstərilib ki, NATO qarşıdakı perspektivdə Azərbaycan, Moldova və Ermənmistana dəstəyini artıracaq. Xüsusilə də Türkiyənin bu istiqamətdə rolu artırılacaq. Hesab edirik ki, regionda Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyənin mövqeyi regionda daha gücləndirilməlidir. Çünki regionda vəziyyət dəyişir, Rusiyanın perspektiv işqalı ortaya çıxır”.

Ekspertin fikrincə, Türkiyənin iştirakı ilə birgə hərbi təlimlər keçirilməlidir. “Bu təlimlər Türkiyədə keçirilib. Gözləyirik ki, yaxın zamanda Xəzərdə Türkiyənin iştirakı ilə həm quruda, həm də suda birgə hərbi təlimlər keçiriləcək”.

Onun dediyinə görə NATO enerji təhlükəsizliyi və kibercinayətlərə qarşı mübarizə sahəsində Azərbaycana kömək etməyə hazırdır. “Bu yaxınlarda Azərbaycan Xarici Işlər Nazirliyinin nümayəndə heyətinin NATO-ya səfəri olacaq. Səfər zamanı NATO-nun edə biləcəyi perspektiv dəstək məsələlərini müzakirə ediləcək. İstər enerji, istər kiber təhlükəsizlik, istərsə də Azərbaycan Silahlı Qüvvələrində islahatlar məsələsində NATO-nun dəstəyi artırılacaq. Ümid edirik ki, nəhayətdə NATO Azərbaycana silah satmaq arzisunu ortaya qoyacaq”, Sümərinli bildirib.
XS
SM
MD
LG