Accessibility links

Culia Neşevat: Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq


ABŞ və Azərbaycan bayraqları
ABŞ və Azərbaycan bayraqları

ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana səfər edib

Enerji Resursları Bürosunda İcra üzrə ABŞ Dövlət Katibi köməkçisinin müavini xanım Culia Neşevat Azərbaycana səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin xəbərində bildirilir.

Məlumata görə onun səfərinin məqsədi bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etməkdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və Dövlət Katibi köməkçisinin müavini xanım Neşevat Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər edib.

“Azərbaycan neft və qaz olkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olmuşdur və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbrsizliklə gözləyirik”, deyə C.Neşevat deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG