Ölkələr Avropa Komissiyasından layihəyə göstərilən dəstəyi davam etdirməyi xahiş edib
Mayın 21-də Rumıniyanın paytaxtı Buxarestdə "Nabucco" Komitəsinin 5-ci toplantısı keçirilib.
"Nabucco" şirkətindən Trend agentliyinə verilən məlumata görə, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə hökumətləri nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantı çərçivəsində qəbul edilmiş birgə bəyanatda "Nabucco" boru kəmərinin Qərbi Balkan və Vışeqrad qrupu (Polşa, Slovakiya, Çexiya və Bolqarıstan) ölkələrinin enerji bazarlarını qaz həcmləri ilə təchiz etmək potensialı xüsusilə vurğulanıb.
Komitənin iclasına Rumıniya hökuməti rəhbərlik edib. Layihəyə üzv ölkə hökumətləri daha sonra bəyan ediblər ki, onlar "Nabucco" boru kəməri çərçivəsində Avropanın Cənubi və Mərkəzi-Şimali bölgələrini də qaz həcmləri ilə təchiz etmək üçün tələb olunan boru kəməri birləşmələrinin müəyyənləşdirilməsində iştirak etməyə hazırdırlar.
İştirakçı ölkələr mayın 22-də Avropada daxili enerji bazarının formalaşdırılmasının tamamlanması mövzusunda toplantı keçirməyi planlaşdıran Avropa Şurasına müraciət edərək, Avropa səviyyəsində inkişaf və rəqabətə davamlılığı təşviq etmək üçün "Nabucco" boru kəmərinin yeni qaz mənbələrinə girişi təmin etmək baxımından böyük potensiala malik olduğunu qeyd etməyə çağırıblar.
Həmçinin, iştirakçı ölkələr Avropa Komissiyasından layihəyə göstərilən lazımi tənzimləyici və texniki dəstəyi davam etdirməyi xahiş ediblər.
Toplantı iştirakçıları aprel ayında Budapeşt şəhərində keçirilən sonuncu iclasdan bəri layihənin artan xətt üzrə inkişaf etdiyini və onun uğurlu icrasını təmin etmək üçün səlahiyyətli orqanlar tərəfindən tranzit ölkələrdə yerinə yetirilən fəaliyyətləri müsbət qiymətləndiriblər.
İştirakçılar "Nabucco" layihəsinin Vergi məsələləri üzrə Yarım-komitəsinin layihəyə dair hökumətlərarası saziş üzrə vergi məsələlərini nizamlamaq cəhdlərini və bu saziş çərçivəsində vergi müddəalarının tətbiqi ilə bağlı ətraflı tövsiyələrini xüsusilə vurğulayıblar. Belə ki, artıq iştirakçı ölkələr vergi məsələləri ilə bağlı lazımi hüquqi akt və sazişləri öz yerli qanunvericilikləri çərçivəsində tamamlamaq üçün "Nabucco" Komitəsi daxilində ekspert bazasına malikdirlər.
"NABUCCO Gas Pipeline International GmbH" şirkətinin maliyyə məsələləri üzrə direktoru Frank Sibert bildirib ki, hər hansı layihəyə nağd maliyyə vəsaitlərinin axını məsələsinə gəldikdə, sərmayədarlara əvvəlcədən proqnozlaşdırmanın mümkünlüyü və sabitlik tələb olunur ."Nabucco" layihəsinin Vergi məsələləri üzrə Yarım-komitəsinin tövsiyələri sayəsində bu əsas amilə nail olunub.
Bəyannamədə "Nabucco" və "TANAP" ("Trans Anadolu" Boru Kəməri) layihələrinin bir-birini qarşılıqlı surətdə tamamlaması xüsusilə vurğulanır və "TANAP" layihəsinin reallaşdırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən əldə olunan irəliləyişlər müsbət qiymətləndirilir. Toplantıda hər iki ölkənin nümayəndə heyəti də iştirak edib. Bu yaxınlarda isə hər iki layihənin reallaşdırılması çərçivəsində səmərəli əməkdaşlığı təmin etmək üçün "Nabucco" layihəsi "TANAP" layihəsi ilə arasında anlaşma memorandumu imzalanıb.
"NABUCCO Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib:
"Biz "Nabucco" Komitəsinin Budapeşt şəhərində keçirilən toplantısından sonra bir neçə əsas mərhələyə nail ola bilmişik. Belə ki, Bolqarıstan "Nabucco" layihəsinin tikintisi üçün ekoloji icazəni təqdim edən ikinci ölkə olmuşdur və biz potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə gözlədiyimizdən daha artıq iştirak payları ilə start vermişik. Həmçinin, milli tənzimləyici orqanlar "Şahdəniz" yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğun olaraq üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Avropa İttifaqı qanunvericiliyi çərçivəsində "Nabucco" boru kəməri layihəsinin imtiyaz (azad olunma) müddətinin uzadılmasını təsdiq etmişlər və Cənub-Şərqi Avropa bazarlarına ən qısa marşrut olan "Nabucco" boru kəməri Cənubi Qaz Dəhlizinin açılması üçün ən yaxşı seçim variantı olaraq qalır".