Accessibility links

İlham Əliyev: Rəqabət Azərbaycanı qorxutmur


Qaz dəhlizləri
Qaz dəhlizləri

“Cənub qaz marşrutunun reallaşması istiqamətində böyük addımlar atmışıq”, prezident bildirib

Azərbaycan Cənubi qaz dəhlizinə ölkənin Avropaya mühüm qaz ixracatçısına çevrilməsinə imkan verən strateji marşrut kimi baxır. Bu barədə prezident İlham Əliyev Vyanada Avstriya prezidenti ilə birgə mətbuat konfransında bildirib.

“Biz Türkiyə ilə TANAP layihəsi üzrə saziş bağlayaraq Cənubi qaz marşrutunun reallaşması istiqamətində böyük addımlar atmışıq. Bu, layihənin reallaşmasını xeyli asanlaşdıracaq. Biz əsas texniki və maliyyə öhdəliklərini öz üzərimizə götürməyə hazırıq. Biz strateji marşrutun reallaşmasına konkret töhfə veririk. Belə ki, nəticədə Azərbaycan Avropaya mühüm qaz ixracatçısına çevriləcək”, Əliyev bildirib.

O qeyd edib ki, Cənub qaz dəhlizi üzrə yekun qərar yaxın zamanlarda “Şahdəniz” konsorsiumu tərəfindən qəbul olunacaq.

“Cənub Axını” layihəsinin reallaşmasının Nabucco-ya təsiri ilə bağlı sualın cavabında dövlət başçısı deyib ki, rəqabət Azərbaycanı qorxutmur.

“Düşünürəm ki, ədalətli rəqabət uğurun əsas şərtidir. Bu, istehlakçılar üçün vacibdir, çünki onların seçimi var. Odur ki, biz narahat deyilik. Lakin söhbət diversifikasiyadan gedəndə bilməliyik ki, bu, marşrutların yox, mənbələrin diversifikasiyasıdır”, prezident qeyd edib.
XS
SM
MD
LG