Leyla Yunus: Mən də, İntiqam da, Arif də bilirik ki, əzab içində həbsxanada öləcəyik...

Leyla Yunus 9 saat didnirildukdən sonra

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus həbsdə olan digər hüquq müdafiəçisi İntiqam Əliyevə məktub yazıb. Yazıda hər iki hüquq müdafiəçisinin həbs həyatının ağırlığı görünür.

Məktubu diqqətinizə çatdırırıq:

İntiqam

Yalnız oktyabrın 24-də bizə görüşmək üçün fürsət yarandı. Hətta İntiqam məni bükülmüş qadın cildində tanıya bilmədi. O, qışqırdı "Leyla bu sənsən?". Ona durmaq və danışmaq çətin olsa da, məni dəstəkləməyə çalışırdı.

Leyla Yunusun məktubunun əlyazması

Bu gün mən öyrəndim ki, İntiqamı xəstəxanaya aparıblar.

Mən də, İntiqam da, Arif də bilirik ki, biz qısa zamanda yaxınlarımızdan uzaqda əzab içində həbsxanada öləcəyik... Biz həmçinin bilirik ki, həbsxanada əzabla öldüyümüzə görə heç kim məsuliyyət daşımayacaq. Bu avtoritar rejimlərin qaydasıdır: Mikayıl Müşfiqdən Novruzəli Məmmədova, Mandelştamdan Maqnitskiyə kimi.

Həbs müddətimin ilk günlərində İntiqam mənə yazmışdı ki: "Əvvəl sən həbsxanada olduğuna görə mən çox utanırdım, amma indi səninlə birlikdəyəm deyə sakitəm". Bəli, bu İntiqamdır. Tanıdığım ən parlaq adamlardan biri.

Uzun illər, hətta indi də mənə deyirlər: " Leyla, sən bu dünyanı düzəldə bilməzsən! Öz həyatını məhv etmə, sus, xahiş elə..." İntiqam isə məni başa düşür. İntiqamın olmağı böyük xoşbəxtlikdir.

O, Azərbaycan Respublikasının vətəndaşlarının yüzlərlə işini Avropa Məhkəməsində udub. O, təşəkkür gözləmirdi, indi də gözləmir. O belə davranır, çünki o başqa cür davrana bilmir. İntiqam kimilər çox azdır. Lakin onun kimi olanların sayəsində ümid yaranır ki, bizim Vətənimizin gələcəyi olacaq.

Leyla Yunus.

Öz növbəsində Penitensiar Xidmət həbs yerlərində bütün məhbusların hüquqlarının qorunduğunu, ayrı-seçkilik olmadığını bildirir.