Beynəlxalq qadın hüquq-müdafiəçiləri koalisiyası Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürüb.
Koalisiyanın məlumatında deyilir ki, L.Yunus Azərbaycanın sülhyaratma proqramlarında iştirak edən, vətəndaşların, həmçinin siyasi məhbusların hüquqlarını müdafiə edən fəal hüquq müdafiəçilərindən biridir.
“Bütün bunlar ona baha başa gəlib. O, iyulda həbs olunub, bir neçə gündən sonra isə onun əri həbs edilib. O, həbsxanada amansız rəftara məruz qalıb. L.Yunus ağır xəstədir və lazımi müalicədən məhrumdur”, məlumatda deyilir.
“Düşünürəm ki, məhz Leylanın cəsarəti onu qeyri-adi edir. Saxlanma şəraitinə baxmayaraq, o, siyasi məhbusların hüquqlarının qorunması məsələsində qətiyyətli olaraq qalır”, Rutgers Universitettinin Gender Problemləri Mərkəzinin rəhbəri, professor Şarlot Branç bildiib.
“Leyla Yunusun bu mükafata namizədliyinin irəli sürülməsi böyük şərəfdir və beynəlxalq birliyin onun işini diqqətlə izləməsindən xəbər verir”, - Banç əlavə edib.
Bu, həmçinin özgə fikirliliyi məhdudlaşdırmaq məqsədilə Azərbaycan hakimiyyətinin zərərli strategiaysını nümayiş etdirir.
Qadın hüquq müdafiəçiləri koalisiyası Azərbaycan hakimiyyətini Leyla Yunusu və siyasi motivlərlə həbs olunmuş həyat yoldaşını dərhal azad etməyə çağırır.
Həmçinin koalisiya Fransa prezidentini Parisdə İlham Əliyevlə görüş zamanı Yunusların azad edilməsi məsələsini qaldırmağa çağırıb.