Rusiya Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə edilib.
Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Rusiya Prezidentinin Mətbuat xidməti də eyni məzmunlu məlumat yayıb.