Qurum son dövrlər “uydurma narkotik ittihamı” ilə həbs edilən 4 fəalın adını çəkuir. ”Bu həbslər və döyülmələr ciddi siqnaldır”
Azərbaycan hakimiyyəti siyasi fəallar susdurmaq üçün qanunsuz narkotik maddə saxlamaq ittihamından istifadə edir. Bu bəyanatla Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı çıxış edib.
Sənəddə əsasən hökuməti tənqid edən dörd fəala qarşı cinayət işi qeyd olunur. Onlardan üçü polisdə saxlanarkən fiziki təzyiqlərə məruz qalıb.
“Əslində hökuməti tənqid edən fəallara qarşı cinayət ittihamlarının irəli sürülməsi Azərbaycan üçün yeni hal deyil. Lakin son hadisələr prezident seçkiləri ərəfəsində hökuməti tənqid edənlərə qarşı artan təzyiqlərin tərkib hissəsidir. Bu həbslər və döyülmələr ciddi siqnaldır”, - HRW Cənubi Qafqaz üzrə baş ekspert Giorgi Qoqiya bildirib.
HRW Azərbaycan hakimiyyətini saxlama yerlərində pis rəftarla bağlı faktların dərhal və qərəzsiz araşdırılmasına çağırır.
Son iki il ərzində Azərbaycan hökuməti onlarla fəalı, jurnalisti və hüquq müdafiəçisini şübhəli, heç bir dəlili olmayan ittihamlarla həbs edib. Onlara qarşı müxtəlif ittihamlar, o cümlədən silah saxlamaq, xuliqanlıq, ictimai asayişin pozulması ittihamları irəli sürülüb.
2011-ci ilin avqustundan 2012-ci ilin mayına qədər ən azı 5 jurnalist və hüquq müdafiəçisi uydurma narkotik maddə saxlama ittihamı ilə həbs olunub.
HRW bu günlərdə həbs olunmuş fəalın barəsində onların vəkillərindən və valideynlərindən ətraflı məlumat toplayıb. Bunlar 31 yaşlı bloger Rəşad Ramazanov, 29 yaşlı ilahiyyatçı Taleh Bağırov, 22 yaşlı AXCP fəalı Daşqın Məlikov və 21 yaşlı NİDAçı Məmməd Əzizovdur.
Narkotik maddə saxlamaq ittihamı irəli sürülsə də, polis onların siyasi fəaliyyəti ilə maraqlanıb. İttiham olunanlara saxlandıqdan sonra vəkillə görüşə icazə verilməyib, onlara fiziki təzyiq göstərilib.