Azərbaycan hakimiyyəti Bakıda məcburi köçürmələr və evlərin sökülməsi kampaniyasına dərhal son qoymalıdır, deyə Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı bu gün bəyanat verib. Hökumət həmçinin artıq köçürülənlər də daxil olmaqla, ev sahibləri və sakinlər üçün ədalətli kompensasiyaya zəmanət verməlidir.
Bu həftə Bakının mərkəzində açılacaq “Qış bağı” minlərlə sakinin köçürüldüyü yerdir.
Hakimiyyət bir həftə təntənələr və tədbirlərlə keçmiş prezident Heydər Əliyevin ad gününü qeyd etməyi planlaşdırır.
HRW artıq birinci il deyil ki, mülkiyyətin qanunsuz özgəninkiləşdirilməsini, məcburi köçürmələri, habelə Qış bağı və Bakının digər hissələrində evlərin sökülməsini qeydə alır.
Köçürmə və evlərin sökülməsi hələ 2009-cu başlayıb, bu zaman minlərlə ailə köçürülüb. Bəziləri xəbərdarlıq edilmədən və ya gecə yarısı köçürülüb. Hakimiyyət çox vaxt evləri yararsız hala gətirmək üçün kommunikasiyaları kəsir. Hökumət ev sahiblərinə ədalətli kompensasiya verməkdən imtina edib.
Hakimiyyət sakinlərə hər kvadrat metr üçün 1500 manat (1900 USD) təklif edib.
Bir halda ki, bu bölgədə bir kvadrat metrin real qiyməti ən az 2500 manatdır.
2013-cü ildə hakimiyyət Qış bağı hüdudlarından kənarda da tikinti zonasını genişləndirməyi qərara alıb və qonşu küçələrdə də söküntü həyata keçirib. Bu, bir çox ailələrin təkrarən köçürülməsinə ehtiyac olmasına gətirib çıxarıb, belə ki, Qış bağı ərazisindən köçürülənlərin əksəriyyəti qonşu küçələrdə ev alıblar.
“Hər şey insanlar üçün ev kirayəsi və ya alqısı kimi mühüm həlləri planlaşdırmaq iqtidarında olmayan hakimiyyətin kefindən asılıdır. Ən azından, hakimiyyət şəhərin inkişaf planını qəbul etməli və müntəzəm ictimai dinləmələr keçirməli, sakinlərə dəqiq məlumat verməli və onların fikirlərini ifadə etməsinə şərait yaratmalıdır”, deyə HRW-nin proqram direktoru Ceyn Byukenen bildirib.
2012-ci ildə HRW məktubla prezident İlham Əliyevə mənzillərin qanunsuz söküntüsü ilə bağlı müraciət edib, 2011-ci ildə də ona analoji məktub göndərilib, amma bütün bunlar cavabsız qalıb.
Azərbaycan qanunvericiliyi şəxsi mülkiyyət hüququna zəmanət verir və hökumətə mülkiyyəti yalnız məhdud hallarda, məsələn, ölkənin müdafiəsinin təmin edilməsi, yollar və ya kommunikasiya infrastrukturu üçün özgəninkiləşdirilməsinə imkan verir. Lakin məhkəmənin bu haqda hökmü tələb olunur. Daha sonra milli qanunvericilik hökumətdən bazar dəyəri və üstəgəl bazar dəyərinin 20%-i məbləğində əlavə kompensasiya verilməsini tələb edir.
Bakının mərkəzində daşınmaz əmlakın alınması və sökülməsi Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərin pozulmasıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə əsasən, istənilən halda, o cümlədən özgəninkiləşdirmə yolu ilə əmlakdan məhrumetmə qanuna müvafiq olmalı, cəmiyyətin maraqlarına cavab verməli və qanuni məqsədə xidmət etməlidir, deyə HRW-nin bəyanatında qeyd edilir.